Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-33/2025 16.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və digər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 22000 (iyirmi iki min) manat borcun və 156 manat dövlət rüsumunun, ümumilikdə 22156 (iyirmi iki min yüz əlli altı) manat pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili X6 işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib hazırki iddia tələbinə əlavə cavabdeh olaraq Ağstafa rayonu, Köçəsgər kənd sakini olan Cavabdeh2 cəlb edilməsini, iddia tələbində olan 22000 manat borcun 3000 manatını Cavabdeh1, qalan 19000 manatını isə Cavabdeh1 ilə Cavabdeh2 müştərək qaydada tutulması və ödənilmiş 156 manat dövlət rüsumunun da müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, iş üzrə Cavabdeh1 ilə tanışdır. Elfaq bir müddət əvvəl ondan mal-heyvan işi ilə məşğul olmaq və əldə etdiyi gəlirdən ona da verəcəyini deyərək hissə-hissə ümumilikdə 8000 manat borc pul almışdır. Daha sonra Elfaq yanında digər Cavabdeh2 da gətirərək onlara yenidən pul lazım olduğunu bildirmiş və ondan daha sonra 19000 manat pul almışlar. Lakin Elfaq aldığı 8000 manat puldan 5000 manat qaytarmış, onun hazırda 3000 manat borcu qalmışdır. Daha sonra onlar borcunu ödəmədiyi üçün o, Ağstafa RPŞ-nə müraciət etmişdir. Ağstafa RPŞ-də aparılmış araşdırma zamanı da cavabdehlər aldıqları pulları öz izahatlarında etiraf etmişlər. Ona görə qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edib bildirdi ki, iş üzrə Cavabdeh1 bir müddət əvvəl İddiaçı 8000 manat pul almışdır. Daha sonra o, dostu Arazı iddiaçının yanına gətirmiş və əlavə olaraq 19000 manat pul almışdır. Elfaq aldığı 8000 manat puldan 5000 manatını qaytarmışdır. Arazla birlikdə aldıqları 19000 manat puldan o, anasının əməkhaqqı kartını vermiş və o, həmin kartdan 2 dəfəyə 425 manat pul çıxarmışdır. Daha sonra Araz bir dəfə onun 300 manat məbləğində kreditini ödəmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz qeydlərini təqdim edib izahatında göstərdi ki, o, İddiaçı bir müddət əvvəl 12 faizlə 8000 manat sələmə pul götürmüşdür. O, vaxtlı-vaxtında borcun ödənişini etmiş, gecikməsi olmamışdır. Mart ayında Rəqsanəyə olan borcunu 7000 manat, 700 və 300 manat olmaqla 8000 manatı tamamilə ödəmişdir. Daha sonra dostu Araz ona bildirmişdir ki, təcili ona pul lazımdır. O da Rəqsanəyə dostuna pul lazım olduğunu, dostunun işinin olmasını və pulu qaytaracağını bildirmişdir. Bundan sonra Rəqsanə ilə razılaşmışlar və o, dostuna borc pul vermişdir. Həmin borcun ilk ayını o vermiş, daha sonra o, işdə olduğu üçün Rəqsanənin nömrəsini dostuna vermişdir. Onlar öz aralarında danışmış və vaxtlı vaxtında dostu borcunu ödəmişdir. Daha sonra mart ayında işlərində problemlər çıxmış, ziyanlıq etmişlər. Rəqsanənin borcunu qaytarmaq üçün gedib Qazaxda bankdan kredit götürüb, Rəqsanənin evində ona 7000 manat pul vermişlər. Daha sonra həmin borcdan 700 manat, 300 manat qaytarmışlar və 256 manat da Rəqsanənin kredit borcunu ödəmişlər. Hal-hazırda da dostunun anasının pensiya kartı Rəqsanədədir. Dostu ilə Rəqsanənin öz arasında pul söhbəti olmuş, o, həmin borca şərik olmamışdır. O, yalnız 8000 manat borca öhdəlik götürmüşdür. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddiaçı cavabdehə qarşı 22156 manat tələbi ilə müraciət etmiş, lakin müdafiəçisi olduğu Elfaq isə polis şöbəsində də öz ifadəsində qeyd etdiyi kimi iddiaçı ona 8000 manat pul vermiş və bildirmişdir ki həmin pulu da tamamilə ödəmişdir. Bu barədə şahidlər də var və iddiaçı hazırda 22000 manat iddia tələbi qoymuşdur. Qeyd olunan məbləğdən 8000 manat Elfaq götürmüş, digər 19000 manatı isə Cavabdeh2 adlı dostu almışdır. Bunu Araz özü də etiraf edir. Elfaq aldığı pulun hamısını qaytarmış, lakin 5000 manatı iddiaçı etiraf etsə də, qalan 3000 manatı iddiaçıya qaytarmaları barədə hər hansı sübutları yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edib izahatında göstərdi ki, onu iddiaçı ilə Elfaq tanış etmişdir. Elfaq iddiaçıdan 2000 manat pul alıb ona vermişdir. Sonra öz aralarında tanışlıq yarandıqdan sonra ondan faizlə pul alıb vaxtında faizini vermişdir. Sonradan mart ayında problem yarandığı üçün Rəqsanə xanıma bildirmişdir ki, işləri yaxşı getmir. Bundan sonra 7000 manat kredit götürüb Rəqsanə xanıma vermiş, həmin vaxt Elfaq da orada olmuşdur. Daha sonra 3000 manat və 1000 manat pul vermiş və bir dəfə də kreditini ödəmişdir. Əlavə olaraq iddiaçıya kart vermiş, 3 ay da həmin kartdan iddiaçı 425 manat pul çıxarmışdır. Pulun qalan hissəsini isə vəziyəti düzəldikdən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir. Hal-hazırda onun iddiaçıya 17100 manat borcu qalmışdır. İddiaçı, onun nümayəndəsi və vəkili X1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iş üzrə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, iş üzrə Cavabdeh1 bir müddət əvvəl İddiaçı hissə-hissə ümumilikdə 8000 manat borc pul almış və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bunu məhkəmə iclasında iştirak edən iddiaçı və Cavabdeh1 öz ifadələrində bildirmişlər. Bu işin mübahisəsiz halıdır. İş üzrə Cavabdeh1 həmin borcdan 5000 manat ödəniş etmiş, bunu məhkəmə iclasında iştirak edən iddiaçı da öz ifadəsində təsdiq etmişdir. İş üzrə Cavabdeh1 həmin borc puldan hissə-hissə qalıq qalan 3000 manat ödəniş etməsini qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də Cavabdeh1 iddiaçıya 3000 manat borcu qalması hissəsində iddia əsaslıdır. Daha sonra Cavabdeh1 İddiaçı ilə digər Cavabdeh2 bir biri ilə tanış etmiş, bundan sonra Cavabdeh2 da hissə-hissə ümumilikdə İddiaçı 19000 manat borc pul almışdır. Bunu məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz ifadəsində bildirmişdir. İş üzrə iddiaçı həmin pulun hər iki cavabdehə birlikdə verilməsini bildirsə də, həmin pulun məhz Cavabdeh1 verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin İddiaçı öz izahatında bildirmişdir ki, Cavabdeh2 19000 manat borcdan ödəniş etməsi üçün anasının maaş kartını vermiş, o, 2 dəfəyə həmin kartdan 425 manat pul çıxarmış və bir dəfə də Araz onun 300 manat məbləğində kreditini ödəmişdir. Cavabdeh2 İddiaçı hal-hazırda iddiaçıya 17100 manat məbləğində borcunun qalmasını, iddiaçıya 3000 manat və 1000 manat məbləğində pul verməsini, iddiaçının onun verdiyi kartdan 3 ay hər ay 425 manat məbləğində pul çıxarmasını bildirsə də, həmin pul məbləğlərini iddiaçıya verməsini təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya 18275 manat məbləğində borcu qalması hissəsində iddia əsaslıdır. AR MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı aldığı 8000 manat borcdan qalıq qalan 3000 manat borcu, digər Cavabdeh2 isə İddiaçı aldığı 19000 manat borcdan qalıq qalan 18275 manat borcu qaytarmaq öhdəliyi daşıyırlar. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 156 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı qarşısında qaytarılmamış 3000 manat, Cavabdeh2 İddiaçı qarşısında qaytarılmamış 18275 manat məbləğində borc öhdəlikləri olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 3000 manat pul, digər Cavabdeh2 18275 manat pul alınaraq İddiaçı verilməli, iş üzrə ödənilmiş 156 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 3000 manat pul, digər Cavabdeh2 18275 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 156 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-33/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-33/2025
16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver