Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-332/2024 09.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı “2 saylı X1 Mərkəzi”nin Cavabdeh “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək iddiadan imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinə əsasən imtina qəbul olunmalı və həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları “Dövlət rüsumu haqqında” qanuna əsasən yerli və özünü idarə etmə orqanları dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı “2 saylı X1 Mərkəzi”nin Cavabdeh “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-332/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-332/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver