Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-339/2024 05.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı Cavabdeh 26 avqust 2023-cü il tarixində zəng edərək 2.000 manat pul borc istəmişdir. Həmin pulu öz üzərində gəzdirdiyi və yanında satıcı işləyən bacısı oğlu X1 adına olan Kapital bank (4169 7385 0600 5499) kart hesabına köçürülməyini xahiş etmişdir. Cavabdeh kart vasitəsi ilə götürdüyü 2.000 manat pulu 2023-cü il noyabr ayında qaytaracağı barədə öhdəlik götürmüşdür. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, münasibətdə olduğu cavabdeh şəxs iddiaçının evini satdığını və pulu olduğunu əvvəlcədən bilirdi. Bundan bir ay sonra Cavabdeh 26 sentyabr 2023-cü il tarixində təkrar iddiaçıya zəng edərək 2.100 manat pul borc istədiyini bildirmiş və həmin pulu öz adına yeni açdırdığı Kapital bank kart hesabına köçürməyi xahiş etmişdir. İddiaçı 2.100 manat pulu cavabdehin Kapital bank hesabına köçürmüşdür. Cavabdeh 2.100 manat pulu iddiaçıdan kart vasitəsi ilə alması haqqında könüllü iltizam tərtib edərək 2023cü il noyabr ayında götürdüyü pulları bütöv şəkildə qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh İddiaçı kart vasitəsi ilə götürməsi barədə könüllü iltizamlar tərtib edərək götürdüyü pulları 3-ay içində 2023-cü ilin noyabr ayının sonuna qədər qaytaracağını bildirmişdir. 2023-cü ilin noyabr ayında cavabdehə zəng edərək pullarını istəmiş, lakin cavabdeh xəstə olduğunu deyərək borcunu qaytaracağını bildirmişdir. Daha sonra cavabdehlə əlaqə saxlamaq istəyəndə o, telefonu söndürərək zənglərə cavab verməmişdir. Ümumilikdə cavabdehin 2 dəfəyə karta köçürmə vasitəsi ilə götürdüyü məbləğ 4.100 manat olmuşdur. Cavabdeh 4.100 manat borc puldan 1.840 manat borcunu qaytarmışdır. Cavabdehin qaytarmadığı borcu 2.260 manatdır. Ona görə də, Cavabdeh 2.260 manat aldığı borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhəti ilə bağlı problemləri olduğu üçün məhkəmə baxış iclasına gələ bilməyəcəyini və iddiasının təmin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından kredit müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirir ki, o, cavabdehə xx.xx.2023-cü iltarixində 2000 manat, xx.xx.20223-cü il tarixində isə 2.100 manat, cəmi 4.100 manat məbləğində borc pul verimişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iltizamdan görünür ki, o, cavabdehə xx.xx.2023-cü il tarixində 4.100 manat borc pul vermişdir. Göründüyü ki, iddiaçı tərəfindən cavabdehə 4.100 manat məbləğində borc pul verilməsi sübut olunur. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını bildirməmiş, borc alınmış pulun qaytarılması barədə sübutlar təqdim etməmişdir. İddiaçı bildirir ki, cavabdeh aldığı pulu 3 ay ərizində qaytarcağı barədə üzərinə öhdəlik götürmüş və həmin məbləğin 1.840 manatını qaytarmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, pulun qaytarılma müddəti ilə bağlı etiraz bildirməmişdir. İddiaçının tədim etdiyi xx.xx.2023-cü il tarxili iltizamdan görünür ki, cavabdeh aldığı pulu həmin tarixdən sonra qaytarcağına vəd vermişdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, 2.260 manat məbləğində pul cavabdehldən alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.260 (iki min iki yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-339/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-339/2024
05.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver