Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-343/2024 16.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyev katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 16% faiz olmaqla 9.000 manat məbləğində kredit verilmişdir.Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozub üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6.116,19 manat əsas, 189,80 manat faiz və 18,12 manat cərimə borcu olmaqla, ümumlikdə 6.324,11 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 83,24 (səksən üç manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən həmin vaxt məhkəmədə iştirak edə bilməyəcəyini iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır Belə ki, iş materiallarına əlavə olunmuş 03 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 16% faiz olmaqıa 9.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçı təşkilata kredit müqaviləsi üzrə 6.116,19 manat əsas, 189,80 manat faiz və 18,12 manat cərimə borcu olmaqla, ümumlikdə 6.324,11 manat məbləğində borcu qalmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 449, 470, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 18,12 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,24 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6.116,19 (altı min yüz on altı manat on doqquz qəpik) manat əsas, 189,80 (bir yüz səksən doqquz manat səksən qəpik) manat faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 6.306,99 (altı min üç yüz altı manat doxsan doqquz qəpik) manat borc və ödənilmiş 83,24 (səksən üç manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-343/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-343/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver