Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-346/2024 24.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 284,81 manat əsas, 60,81 manat faiz, 12,63 manat cərimə olmaqla, cəmi 358,25 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, mülki prosesdə iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarına uyğun iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir Göründüyü kimi, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 1 üzrə çıxarışdan görünür ki, Cavabdeh ünvanı Bakı şəhəri Nizami rayonu 51-dir. İş üzrə cavabdehin Ağstafa rayonu ərazisində qeydiyyatda olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iddia ərizəsi verilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-nin vasitəsilə büdcə səviyyə kodu 1, 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 30 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-nin vasitəsilə büdcə səviyyə kodu 1, 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 149-152, 263- 264, 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-nin vasitəsilə büdcə səviyyə kodu 1, 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-346/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-346/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver