Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-348/2023 03.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 ı̇ ştrakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 2900,33 manat əsas, 1549,77 manat faiz və 2,246,10 manat cərimə borcu olmaqla, cəmi 6696,20 manat məbləğində borcun və ödənilmiş 86,97 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28% olmaqla, 36 ay müddətinə 3.531 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh və Zamin arasında xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 2900.33 manat əsas, 1549.77 manat faiz, 2246.10 manat cərimə borcu olmaqla, cəmi borcu 6696.20 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 2900,33 manat əsas, 1549,77 manat faiz və 2246,10 manat cərimə borcu olmaqla, cəmi 6696,20 manat məbləğində borcun və ödənilmiş 86,97 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasın xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 28 faiz olmaqla, 36 ay müddətinə 3531 manat məbləğində kredit vermişdir. iddiaçı ilə digər Cavabdeh və Zamin arasında bağlanmış həmin tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs borc alanın öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqavilənin 3.1.6-cı bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə,Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faiz və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, zaminlik, ipoteka və s.) və borcalan daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ var. Tərəflər arasında bağlanmış zaminlik müqvilənin 2.6-cı bəndinə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsinə borclu ilə bərabər eyni həcmdə məsuliyyat daşıyırlar. İşin araşdırılan hallarından müəyyən edilir ki, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 2900,33 manat, faiz borcu kimi 1549,77 manat, dəbbə pulu kimi 2,246,10 manat cəmi 6696,20 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh və Zamin qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin 2246,10 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 1 (bir) manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəməİddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,97 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Zamin iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №163-S/AZN-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin. Əsas borc kimi 2900,33 (iki min doqquz yüz manat otuz üç qəpik) manat, faiz borcu kimi 1549,77 (bir min beş yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat cərimə kimi, 1 (bir) manat olmaqla, cəmi 4451,1 (dörd min dörd yüz əlli bir manat bir qəpik) məbləğində pul müştərək qaydada Cavabdeh və Zamin İddiaçı ASC -nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,97(səksən altı manat döxsan yeddi qəpik) manat məbləğində pul müştərək qaydada Cavabdeh və Zamin "xxxx" ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-348/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-348/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver