Məhkəmə qərarları › İş №2(015)-348/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-348/2025

22.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-348/2025 22.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* rus rublunun Azərbaycan manatının həmin dövrün məzənnəsinə uyğun 35000 (otuz beş min) manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh dostu Ağstafa rayonu Zəlimxan kənd sakini X1 vasitəsi ilə tanımışdır. X1 xx.xx.2020-ci il tarixdə ona bildirmişdir ki, Cavabdeh ******* (iki milyon) rus rublu lazımdır. Həmin zaman ******* rus rublunun Azərbaycan manatının həmin dövrün məzənnəsinə uyğun 35000 (otuz beş min) manat edirdi. Aralarında olan razılaşmaya əsasən cavabdeh 10 il müddətinə hər ay ona 27000 (iyirmi yeddi min) rus rublu ödəməli idi. Lakin Cavabdeh götürdüyü öhdəliyi ümumiyyətlə yerinə yetirməmişdir. Dəfələrlə özü ilə əlaqə saxlamış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də cavabdeh barəsində polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində izahatı alınmış Cavabdeh hətta ona olan borcunu etiraf etsə də ona olan borcunu qaytarmaq istəmir. Məhkəmə qaydasında olmadan aralarındakı mübahisənin həlli mümkün deyil. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə öz etiraz qeydlərini təqdim edib ifadəsində göstərdi ki, o, əvvəllər Rusiya Federasiyasında ticarətlə məşğul olmuş və ayaqqabı mağazası işlətmişdir. Orada işlədiyi dövrdə İddiaçı 700000 rus rublu almışdır. İddiaçıdan ******* deyil, 700000 rus rublu almış, lakin ******* rus rublu qaytaracağına dair qəbzə imza etmişdir. Pandemiya dövründə mağazası bağlandığı üçün borcunu qaytara bilməmişdir. O, Azərbaycana gəldikdən sonra oğlu Rusiya Federasiyasında həmin borcdan 4-5 ay ödəniş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməcəyini, ona görə də onun iştirakı olmadan mülki işə baxıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazma iltizamdan görünür ki, Cavabdeh İddiaçı ******* rus rublu borc pul almış, 1 oktyabr 2030-cu ilədək 10 (on) il ərzində hər ödənişdə 27 (iyirmi yeddi) min rubl ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh İddiaçıdan xx.xx.2020-ci il tarixdə ******* rus rublu borc pul almış, cavabdeh həmin pulu 1 oktyabr 2030-cu ilədək 10 (on) il ərzində hər ödənişdə 27 (iyirmi yeddi) min rubl iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh iddiaçıdan 700000 rus rublu almasını bildirsə də, onun imzaladığı iltizamdan görünür ki, o, İddiaçıdan xx.xx.2020-ci il tarixdə ******* rus rublu borc pul almış və həmin pulu 1 oktyabr 2030-cu ilədək 10 (on) il ərzində hər ödənişdə 27 (iyirmi yeddi) min rubl iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh oğlunun Rusiya Federasiyasında iddiaçıya olan borcundan 4-5 ay ödəniş etməsini bildirsə də, borcundan qaytardıqları pula dair heç bir qəbzinin və ya əlavə sübutunun olmamasını bildirmişdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ******* rus rublu borc pul almış, 1 oktyabr 2030-cu ilədək 10 (on) il ərzində hər ödənişdə 27 (iyirmi yeddi) min rubl ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu halda iddiaçının məhkəmə qaydasında pulu geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı ******* rus rublu borcu qaytarmaq öhdəliyi daşıyır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı qarşısında qaytarılmamış ******* rus rublu məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia təmin edilməli, Cavabdeh ******* rus rublu məbləğində vəsait qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh ******* rus rublu məbləğində vəsait qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar