Məhkəmə qərarları › İş №2(015)-356/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-356/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-356/2023 11.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində iddiaçıya məxsus Toyota markalı **-BS-*** dövlət nişanlı avtomobil ilə əsas yolda Bakı şəhəri X15 küçəsi ilə hərəkət edərkən baş yola daxil olan Opel Astra H minik markalı **-KY-*** dövlət nişanlı avtomobil hərəkətini davam etdirərək, düzgün ara məsafəsini seçməmiş və nəticədə onun idarə etdiyi avtomobili vurmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə cavabdeh X6 inzibati xəta törətmiş və nəticədə onun avtomobili əzilmişdir. X1 törətdiyi göstərilmişdir. Avtomobilə dəyən zərərin ödənilməsini qiymətləndirmək məqsədilə mütəxəssisə müraciət etmiş və tərtib olunan zərər aktına görə ümumilikdə ona 12,510 manat məbləğində ziyan vurulmuşdur. Atəşgah sığorta tərəfindən ona 5.000 manat ödənildiyindən ona dəymiş ziyanın miqdarı 7.510 manat məbləğində qalmışdır. Cavabdeh hadisədə təqsirli olduğunu bilsə də ona dəyən 7.510 manat maddi zərəri ödəmir və ödəmək istəmir. Qeyd olunanlara əsasən, iddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 7.510 manat məbləğində zərərin və dövlət rüdumu üçün ödənilən 106 manat pul vəsaitinin, cəmi 7.616 manat vəsaitin tutulub, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, baş vermiş hadisədə özünü günahkar hesab edir. Lakin iddiaçı tərəfə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilib. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə, saat 00:22-də Sabunçu rayonu X15 küçəsində Opel Astra H minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, X8 tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş zərərin 5.000 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilmişdir. İş materiallarında olan X11 (vöen **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli qüsur aktından görünür ki, X8 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş zərərin miqdarı 12.510 manatdır. İş materiallarında olan sərxoşluq vəziyyəti ilə bağlı protokollardan görünür ki, X8 və İddiaçı qəza törədilən vaxt ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 9/3687 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, iş materiallarında olan X11(vöen **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Toyota Carolle” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11.550 manat müəyən edilir.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baxılan iş üzrə yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermiş, nəticədə iddiaçının avtomobili yararsız vəziyyətə düşmüş və iddiaçı aylarla davam edən mübahisənin iştirakçısına çevirilmişdir. Nəticədə, hadisənin üzərindən 1 ilə yaxın müddətin keçməsinə baxmayaraq, bu günədək zərərin ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçının yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırmaq üçün səy göstərdiyi və çoxsaylı inzibati prosedurlara məruz qaldığı hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hallardır. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 9/3687 saylı rəyində qeyd olunanları, eyni zamanda dəymiş maddi ziyanın 5.000 manat hissəsinin iddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 6.550 manat məbləğində pul cavabdeh X4 tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Avtomobilə dəymiş ziyanın əvəzi olaraq 6.550 manat (altı min beş yüz əlli) manat məbləğində pul cavabdeh X4 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumu cavabdeh X4 tutulub İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar