Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-368/2023 21.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Bank «VTB (Azərbaycan)» Acıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bank «VTB (Azərbaycan)» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 149012-CNS- 17606/2 saylı kredit müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə banka borclu olduğu 6.538,52 manat məbləğində əsas borc, 4,94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 6.543,46 manat pul məbləğinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 85,43 manat dövlət rüsumunun Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank «VTB (Azərbaycan)» ASC tələbini onunla əsaslandırmışdır ki, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 149012-CNS- 17606/2 “krediti müqaviləsi”nə əsaəsn Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 14.589,96 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəsx Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 6.538,52 manat məbləğində əsas borc, 4,94 manat məbləğində faiz borcu, ümumilikdə isə 6.543,46 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəsifəsidir. Ona görə də Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 149012-CNS- 17606/2 saylı kredit müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə banka borclu olduğu 6.538,52 manat məbləğində əsas borc, 4,94 manat məbləğində faiz, ümumilikdə isə 6.543,46 manat pul məbləğinin və iddia qaldırılması üçün ödənilmiş 85,43 manat dövlət rüsumunun Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank «VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-ci il tarixli 149012-CNS-17606/2 saylı kredit müqavilələrindən görünür ki, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış 22 xx.xx.2019-ci il tarixli 149012-CNS-17606/2 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 % olmaqla, 60 ay müddətinə 14.589,96 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 09 fevral 2023-cü il tarixədək Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nə 6.538,52 manat məbləğində əsas borc, 4,94 manat məbləğində faiz borcu, ümumilikdə isə 6.543,46 manat borcu yaranmışdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, Cavabdeh əsas borc kimi 6.538,52 manat, faiz borcu kimi 4,94 manat, cəmi 6.543,46 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,43 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc kimi 6.538,52 manat manat, faiz borcu olaraq 4,94 manat, cəmi 6.543,46 (altı min beş yüz qırx üç manat qırx altı qəpik) mabat məbləğində pul Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85,43 (səksən beş manat qırx üç qəpik) manat məbləğində pul Cavabdeh Bank «VTB (Azərbaycan)» ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-368/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-368/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver