Məhkəmə qərarları › İş №2(015)-370/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-370/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-370/2023 21.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi ilə, İddiaçı QSC BOKT-nin nümayəndəsi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bank Olmayan Kredit Təşkilatının (BOKT) cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC BOKT məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borcun və 93,15 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC BOKTnın İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli Qərarının icrası ilə əlaqədar İddiaçı QSCnin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı “fiziki şəxslərein vaxti keçmiş kredit borcun “Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 8410 manat vaxt keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətinə İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərini təminatı kimi İddiaçı QSC-nin Qazax filialı ilə Zamin2 və Zamin1 arasında xx.xx.2020-ci il tarixdə 242ƏF saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh qrafikə uyğun əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqaviləninn şərtlərinə əməl etməmişdir. Bunula da Yolçiyeva X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh İddiaçı QSC-yə olan 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat təşkil erdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həl edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamış və onlara göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borcun və 93,15 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak iddiaçı təşkilatın etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı fiziki şəxslərin xaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla, 8410 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər -Zamin1 və Zamin2 zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 22 dekabr 2022-ci il tarixədək Cavabdeh İddiaçı QSC-nə 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT-nın İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı “fiziki şəxslərein vaxti keçmiş kredit borcun “Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 8410 manat vaxt keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətinə İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı QSC BOKT-na kredit borcu üzrə 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Zamin1 və Zamin2 öz riskləri ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı QSC BOKT tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 93,15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli 242ƏF saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 1 faizlə 8410 manat məbləğində kredit verilməsi, həmin kredit müqaviləsinin təminatı olaraq Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanılması, cavabdehlərin 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borclarının qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada 7189,38 manat əsas, 126,54 manat faiz olmaqla, cəmi 7315,92 manat borc və 93,15 manat dövlət rüsumu İddiaçı QSC BOKT-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada 7189,38 (yeddi min yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat əsas, 126,54 (yüz iyirmi altı manat əlli dörd qəpik )manat faiz olmaqla, cəmi 7315,92 (yeddi min üç yüz on beş manat doxsan iki qəpik) manat borc və 93,15 (doxsan üç manat on beş) manat dövlət rüsumu İddiaçı QSC BOKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar