Məhkəmə qərarları › İş №2(015)-379/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-379/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-379/2024 22.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağstafa rayonu Eynallı kəndi ərazisində yerləşən Eynallı Bələdiyyəsinin mülkiyyətində olan qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq Eynallı bələdiyyəsinə qaytarılmasını və torpaqdan uzun müddət qanunsuz istifadə etdiyinə görə Eynallı Bələdiyyəsinə dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib göstərdi ki, Eynallı inzibati ərazi vahidində mülkiyyətin 3 növü olan dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti torpaqları mövcuddur. Bələdiyyə mülkiyyəti torpaqları da öz növbəsində bələdiyyənin ehtiyat fond torpaqları, bələdiyyənin perspektiv və ümumi istifadəsində olan torpaqlardır. Qırılı kənd sakini Cavabdeh rəhbərliyi ilə bələdiyyənin ehtiyat fond torpaqlarının bir hissəsində əkin işləri aparılmış, bələdiyyənin ümumi istifadəsində olan torpaqların bir hissəsində xırda buynuzlu heyvanların 2 ilə yaxın saxlanılması tərəflərindən müəyyən edilmişdir. Eyni zamanda həmin ərazidə yarımçıq yataq tikintisi də müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh həm şifahi, həm də yazılı olaraq müraciət edilmiş, Cavabdeh bildirmişdir ki, həmin ərazi Eynallı kəndinin deyil Qırılı kəndinin torpaqlarıdır. Bundan sonra onlar Tovuz rayonu, Daşınmaz Əmlakın Kadastr xidmətinə müraciət etmiş, onlarına müraciətinə cavab olaraq bildirilmişdir ki həmin ərazidə sərhədlərin müəyyən edilməsi ilə bağlı müqavilə bağlanılıb pul keçirilməlidir. Bundan sonra onlar sərhədlərin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidməti ilə müqavilə bağlayıb, 480 manat pul ödəmişlər. Bundan sonra həmin idarənin nümayəndəsi, rayon icra hakimiyyətinin nümayəndəsi, onun və Qırılı kənd bələdiyyəsinin sədri ilə birlikdə həmin əraziyə çıxmaq istəyərkən, Cavabdeh həmin əraziyə gəlmiş və bildirmişdir ki, orada hər hansı bir olçü işləri aparılmayacaqdır. Daha sonra məsələnin ciddiliyini nəzərə alaraq o, DİN-nin *02 xidmətinə müraciət etmişdir. Onun müraciətindən sonra polis əməkdaşları həmin əraziyə gələn vaxta qədər onlar işin dayandırılması ilə bağlı akt tərtib etmiş və aktı imzalamışlar. Bundan sonra o, Ağstafa RPŞ-nin təhqiqat bölməsinin əməkdaşlarına ərizə vermiş, aktın bir nüsxəsini ərizəsinin arxasına tikmişdir. Ağstafa RPŞ-nin təhqiqat bölməsində araşdırılma aparılmış, həmin araşdırmanın nəticəsi onları qane etmədiyi üçün Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin ərazidə yenidən ölçü işləri aparıldıqda Cavabdeh qudası Qırılı kənd sakini X* bildirmişdir ki, artıq həmin ərazini o almışdır. Ərazidə sərhədlər müəyyən edilmımişdir. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə iddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsinin nümayəndəsi sərhədlərin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidməti ilə müqavilə bağlamış, 480 manat pul keçirmiş, lakin mübahisəli torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Belə olan halda torpaq sahəsinin cavabdeh tərəfindən həqiqətən zəbt olunub-olunmaması, və ya hansı hissəsinin zəbt olunması barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. İddiaçı belə bir sübutu əldə etmək üçün kifayət qədər imkana malikdir və qeyd olunduğu kimi, Bələdiyyə sərhədlərin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidməti ilə müqavilə bağlamış, ödəniş etmiş, lakin mübahisəli torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Səbəbini onunla izah edir ki, cavabdeh mübahisə yaratdığı üçün mütəxəssis rəy verə biməmişdir. Məhkəmə hesab edir ki, belə bir hal sübutun əldə edilməsinə maneə kimi qəbul edilə bilməz. Aidiyyəti qurum cəlb edilməklə, ölçü işlərinin aparılmasına imkan yaradılmalı, daha sonra rəy alınmalı və iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.*2-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49-cu maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutların siyahısını iş materiallarına əlavə etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın *49.2.3, 259.0.*2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Ağstafa rayonu Eynallı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar