Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-386/2024 30.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 onun həyat yoldaşı olmuşdur. O, xx.xx.2023-cü il tarixdə hərbi əməliyyat nəticəsində partlayış və qəlpədən törənmiş zədələnmə səbəbi ilə şəhid olmuşdur. X4 şəhid olmamışdan əvvəl Cavabdeh ondan 4220 manat almışdır. Bununla bağlı müqavilə də tərtib olunmuşdur. Buna görə də dəfələrlə cavabdehə xəbərdarlıq olunsa da cavabdeh bu günə qədər müqavilə öhdəliyini icra etməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçıin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, İddiaçı X2 həyat yoldaşıdır. X4 hərbi əməliyyat zamanı şəhid olmuşdur. O, şəhid olmazdan əvvəl Cavabdeh ilə aralarında borc müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında da cavabdehin ona borcu olmuşdur. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edib ifadəsində göstərdi ki, o, hərbçi işləyən zaman ipoteka ilə ev almaq üçün bankdan kredit götürmüş, daha sonra işdən çıxdığı üçün banka borcunu ödəyə bilməmişdir. X5 zəng edərək onun banka borcunu ödəyəcəyini və həmin pulu ona hissə-hissə ödəməsini bildirmişdir. Bununla bağlı notariusda öz aralarında müqavilə də bağlamışlar. O, borcundan 3 ay 80 manat olmaqla 240 manat ödəniş etmişdir və bu barədə məhkəməyə qəbzlər də təqdim etmişdir. Həmidli Mikayılın şəhid olmasından məlumatı olmamış, məhkəmə araşdırması zamanı bilmişdir. Hal-hazırda 80 manat veteran pulu alır və 2 uşağı var. Qalan borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə iddiaçıya və onun nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehi dinləyib, iddiaçının nümayəndəsinin ifadəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, mərhum X3 ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2026-cı il tarixədək hər ay 100 manat ödəmək şərti ilə 4220 manat məbləğində pul verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam qaytarmamış, o borcundan 240 manat ödəniş etmiş, nəticədə cavabdehin hazırki tarixə kimi 3980 manat borcu yaranmışdır. X4 xx.xx.2023-cü il tarixdə hərbi əməliyyatlar nəticəsində parlayış və qəlpədən törənmiş zədələnmə nəticəsində vəfat etmiş, o vəfat etdikdən sonra İddiaçı ondan qalmış miras əmlakı qəbul etmək barədə notariat ofisinə müraciət edərək müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı isə mərhum X1 birinci növbəli qanun üzrə vərəsəsi olduğundan hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, mərhum X3 4220 manat pulu faizsiz Cavabdeh vermiş, Cavabdeh isə həmin pulu hər ay 100 manat olmaqla, xx.xx.2026-cı il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli 3-25-14/2-H-xx-xx/2023 saylı arayışdan görünür ki, kiçik leytenant X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kiçik leytenant X4 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri anası-X7, arvadı-İddiaçı, atası-X6 və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 19-xx.xx.2023-cü il tarixində keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə ödəniləcək vəsaitdən ibarətdir. Həmin şəhadətnamə reyestrdə 2V-355 № ilə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də mərhum Mikayıl Həmidli ilə cavabdeh arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi mərhum X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən mərhum cavabdehə xx.xx.2026-cı il tarixədək hər ay 100 manat ödəmək şərti ilə 4220 manat məbləğində pul vermiş, həmin puldan cavabdeh 240 manatını qaytarmış və cavabdehin mərhuma 3980 manat borcu qalmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra İddiaçı ondan qalmış miras əmlakı qəbul etmək barədə notariat ofisinə müraciət edərək müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçı birinci növbəli vərəsə kimi ərindən qalmış mirası qəbul etmişdir. Hazırki iddia tələbində tələb edilən pul isə iddiaçının ərindən miras qalmış əmlak toplusuna daxil olduğundan, iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüquqları yaranmışdır. Bekə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, mərhum X3 ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən Həmidli Mikayıl tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixədək hər ay 100 manat ödəmək şərti ilə 4220 manat məbləğində pul verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və mərhuma olan borcundan 240 manatını qaytarması və cavabdehin mərhuma 3980 manat borcunun qalması, X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi, o vəfat etdikdən sonra İddiaçı ondan qalmış miras əmlakı qəbul etmək barədə notariat ofisinə müraciət edərək müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi alması, iddiaçının birinci növbəli vərəsə kimi ərindən qalmış mirası qəbul etməsi, hazırki iddia tələbində tələb edilən pulun iddiaçının ərindən miras qalmış əmlak toplusuna aid edilməsi, iddiaçının birinci növbəli vərəsə kimi həmin məbləği cavabdehdən tələb etmək hüquqlarının yaranması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, Cavabdeh 3980 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçı şəhid ailəsi, cavabdeh isə müharibə veteranı olduğundan hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunan şəxs olmaqla məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3980 manat borc İddiaçı xeyrinə tutulsun. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-386/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-386/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver