Məhkəmə qərarları › İş №2(015)-403/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-403/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-403/2024 30.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsimim hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X1 qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 8.663 manat, 3.337 manat mənəvi və 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda N saylı hərbi hissədə bölük komandirinin şəxsi heyyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. Eyni zamanda Vətən müharibəsində və bir neçə təlimlərdə iştirak etmişdir. Cavabdeh iddiaçı ilə eyni hərbi hissədə xidmətə başlamış və aralarında münasibət yaranmışdır. Cavabdeh bankdan pul götürmək istəmiş lakin, problemli müştəri olduğu üçün ona kredit verilməmişdir. Belə olan halda xx.xx.2022-ci ildə iddiaçı öz adına “Kapital Bankın” Beyləqan rayon filialından hər ay 235 manat ödəmək şərti ilə illik 19 faiz olmaqla 6.250 manat pul götürərək cavabdehə vermişdir. Müqavilənin son tarixi xx.xx.2025-ci il yekun ödəniləcək məbləğ 8.663 manatdır. Məhkəmə qaydası olmadan mübahisənin həlli mümkün deyil. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İddiaçı teleqram göndərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini, iddia tələbinə uyğun qətnamə çıxarılmağını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh iddianı qismən qəbul edərək iddiaçıya ümumilikdə 8.663 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə ki, Cavabdeh 8.663 manat məbləğində pulun qaytarılması barədə tələbi etiraf etmişdir. MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın 8.663 manat məbləğində qaytarılması barədə hissəsinin etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 191.3 və 52.5-ci maddələrinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini qəbul edir və iddianın həmin hissəsinin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb qismən təmin olunmalı, Cavabdeh 100 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, Cavabdeh qeyri-hüquqi əməli, yəni iddiaçının pulunu qaytarmaqdan əsassız olaraq boyun qaçırması, bunun nəticəsində isə iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməyə məcbur olması iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, hüquqlarının pozulması nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir. Odur ki, mənəvi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 100 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8.663 (səkkiz min altı yüz altmış üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Mənəvi zərərin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar