Məhkəmə qərarları › İş №2(015)-405/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-405/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-405/2023 02.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, İddiaçılar İddiaçı3 və digər İddiaçı1 nümayəndəsi, vəkil X1, Cavabdeh nümayəndəsi vəkil, Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş pulların geri qaytarılması və paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat pulun geri qaytarılması, yaşayış evində qeydiyyatda qalmış olan şəxsin yaşayış hüququna xitam verilməsi və paylı mülkiyyətdə olan torpaq sahəsinin naturadan ayrılaraq paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi, vəkil X3 məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib iddia tələbinin yalnız öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş pulların geri qaytarılması və paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi hissəsində baxılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı3 izahatında göstərdi ki, Cavabdeh ilə aralarında bağlanan öhdəlik müqaviləsinə görə ona məxsus olan təqaüd kartını 6 il müddətində cavabdehin istifadəsi üçün ona vermiş, cavabdeh isə bunun müqabilində üzərinə öhdəlik götürmüşdür ki, atası İddiaçı1 məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən pay istəmir və gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayəti və tələbi olmayacaq və həmin evdən pasport qeydiyyatından çıxacaq. Ona məxsus təqaüd kartı 2020-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına kimi cavabdehdə olmuş və həmin karta köçürülmüş pulları Cavabdeh çıxartmışdır. Oğlu Cavabdeh isə xeyli vaxtdır Bakı şəhərində yaşayır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi, vəkil X3 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil, Vəkil2 bildirdi ki, cavabdeh kartın onda olmasını inkar edir həmin kart heç vaxt onda olmamış, həmin kartdan pul çıxartmamışdır. 2022-ci il tarixdə kartın cavabdehdə olması barədə sonuncunun adından məhkəməyə daxil olmuş müraciət Cavabdeh tərəfindən imza olunmamışdır. Həmin müraciətin göndərildiyi ünvan olan ünvan 1ıgil yaşayır. Eyni zamanda cavabdehin Bakı şəhərində yaşamasından məlumatı yoxdur. Ona görə qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanılmışdır. Qeyd edilən müqavilədə isə tərəflərin öhdəliyi aşağıdakılardan ibarət olmuşdur:

1. İddiaçı3 öz üzərinə öhdəlik götürür ki, özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə oğlu Cavabdeh verir. Həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirib yenidən Cavabdeh verəcək, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacaqdır.

2. İddiaçı2 öz üzərinə öhdəlik götürür ki, anası İddiaçı3 6 (altı) il ərzində vəfat edərsə onun pensiya kartında olan məbləği hər ay vaxtı-vaxtında Cavabdeh vaxtıvaxtında ödəyəcəkdir.

3. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən pay tələb etmir. Gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayəti və tələbi olmayacaqdır. Eyni zamanda həmin evdən pasport qeydiyyatından çıxacaqdır. Məlum olduğu kimi qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün isə tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış müqaviləsi əsasında Cavabdeh aldığı 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat pulun geri qaytarılması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, tərəflər öz aralarında üzərlərinə 3 şərtli öhdəlik götürməklə öhdəlik müqaviləsi bağlamışlar. Həmin müqavilənin birinci şərtindən görünür ki, İddiaçı3 özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə oğlu Cavabdeh verməsi, həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirib yenidən Cavabdeh verəcəyi, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin həmin müqavilədə müqavilə şərtləri icra edilmədiyi təqdirdə alınaların geri qaytarılması bəndi öz əksini tapmamışdır. Bu səbəbdən cavabdehdən tələb edilən həmin məbləğin qaytarılmasına müqavilə öhdəlikilərinin icra edilməməsi deyil, əsassız varlanmadan irəli gələn mülki qanunvericilik normalarının müddəaları baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə İddiaçı3 məxsus təqaüd kartından 2020-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına kimi edilmiş əməliyyatlar, yəni pensiya kartına köçürülmüş və çıxarılmış pulların məbləği, tarixləri, həmin pulların hansı filialdan və ya hansı terminaldan çıxarılması, pulları çıxarmış şəxsin foto və videosunu əks etdirən müşahidə kamerasından çıxarışların "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməsi barədə qərardad qəbul olunaraq icra olunması üçün müvafiq banka göndərilmişdir. Qəradadın icrası ilə bağlı məlumatda isə qeyd edilmişdir ki, qərardadda qeyd olunan tarix aralığına dair hesabdan çıxarışı təqdim edilir. Həmin çıxarışda “Cari” başlığı altında qeyd olunan məbləğlər köçürülən pensiyanı, növbəti bənddəki məlumatlar isə pensiya kimi köçürülən pensiyanı, növbəti bənddəki məlumatlar isə pensiya kimi köçürülən məbləğlərin məxaric edildiyi ATM-ləri göstərir. Pulları çıxarmış şəxsin foto və videosunu əks etdirən müşahidə kamerasından çıxarışların təqdim olunması ilə bağlı isə Bankda müşahidə kameralarının görüntüləri qeydə alınan tarixdən yalnız 6 ay ərzində mövcud olduğundan, tələb olunan tarix aralığının üzərindən 6 aydan çox müddətin keçdiyi nəzərə alınaraq həmin görüntülərin təqdim edilməsi mümkün deyildir. Bankdan daxil olmuş məlumatlarda isə İddiaçı3 məxsus təqaüd kartından 2021-ci ilin iyul ayından 2022-ci ilin avqust ayınadək pensiya kimi köçürülən məbləğlərin 8-ci km. Araz M ATM-lərindən məxaric edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı3 izahatında oğlu Cavabdeh Bakı şəhərində yaşamasını bildirmişdir. Cavabdehin nümayəndəsi də, təmsil etdiyi şəxsin Bakı şəhərində yaşamasını təsdiq etmişdir. Göründüyü kimi, bankdan daxil olmuş məlumatlarda İddiaçı3 məxsus təqaüd kartından 2021-ci ilin iyul ayından 2022-ci ilin avqust ayınadək pensiya kimi köçürülən məbləğlərin Bakı şəhərində yerləşən 8-ci km. Araz M ATM-lərindən məxaric edildiyi təsdiq olunmuşdur. İddiaçı3 tərəfindən hər ay pensiya pulunu almaq üçün Bakı şəhərinə getməsi ağlabatan görünmür. Faktiki olaraq pul vəsaitinin kartdan hər ay qeyd olunan müddətdə cavabdeh tərəfindən götürülməsi təsdiq olunur. Eyni zamanda, məhkəməyə Cavabdeh adından daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətin məzmunundan görünür ki, o, anası özünə məxsus pensiya kartını xx.xx.2020-ci il tarixdən 6 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək ona vermiş və həmin müddət ərzində karta köçəcək məbləğləri çıxarması barədə aralarında müqavilə imzalamışlar. Həmin pensiya kartına köçmüş məbləğləri 2 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək almış, həmin tarixdən isə kart dondurulmuşdur. Ona görə də anası ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin bərpa edilməsini xahiş etmiş, həmin ərizəyə də qoşma kimi xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsini əlavə etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 həmin müraciətin İddiaçı1 tərəfindən imzalanmamasını, Qazax şəhəri M.Carçıyev küçəsi 17A ünvanında cavabdehin həyat yoldaşının atasıgil yaşamasını bildirmişdir. Cavabdeh adından daxil olmuş xx.xx.2022-ci il tarixli müraciət ətraflı öyrənildikdə isə məlum olmuşdur ki, həmin müraciət Cavabdeh adından Ağstafa Rayon Məhkəməsinə ünvanlanmış, məktub Qazax poç şöbəsinə daxil olmuş, müraciətdə məktub göndərənin ünvanın ünvan 4ax şəhəri M.Carçıyev küçəsi 17A olması qeyd edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatlarda Cavabdeh həyat yoldaşı X4 şəhəri M.Carçıyev küçəsi 17A ünvanında qeydiyyatda olması göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallara əsasən xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi bağlandıqdan sonra İddiaçı3 özünə məxsus pensiya kartını oğlu Cavabdeh verməsi öz təsdiqini tam şəkildə tapmışdır. Cavabdeh faktiki olaraq anasına məxsus kartdan pul vəsaitini hər ay qeyd olunan müddətdə götürüş və bəhrələnmişdir. Göründüyü kimi, Samir Sabir oölu Nəbiyev İddiaçı3 "xxxx" ASC-nə məxsus təqaüd kartına 2020-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına kimi köçürülmüş pulları heç bir hüquqi əsas olmadan əldə edərək əsassız varlanmışdır. Ona görə də Cavabdeh əldə etdiklərini gəlirindən məhrum olanan İddiaçı3 qaytarmalıdır. Məhkəmə iddia tələbinin öhdəlik müqaviləsinin ləğv olunması hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq anası İddiaçı3 məxsus pensiya kartını almasına baxmayaraq atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən qeydiyyatdan çıxmamışdır. Bununla da İddiaçı3 zərər vurularaq o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəlləyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Mülki Məcəllənin 424.3-cü maddəsi isə müəyyən edir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh ilə arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsi ləğv edilməlidir. Yuxarıda qeyd olunan əsasən məhkəmənin müəyyən etdiyi mühüm əhəmiyyəti olan bütün faktiki hallar və sübutlarla təsdiq edilir ki, İddiaçı3 aralarında bağlanmış öhdəlik müqaviləsinə əsasən Samir Nəbievin atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən qeydiyyatdan çıxması şərti ilə Elginaz Əliyeva özünə məxsus təqaüd kartını xx.xx.2020-ci il tarixdən 6 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək Cavabdeh vermiş və həmin müddət ərzində karta köçəcək məbləğləri çıxarmışdır. Həmin təqaüd kartına köçmüş məbləğləri 2 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək Cavabdeh almış, lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq evdən qeydiyyatdan çıxmadığından, İddiaçı3 xx.xx.2022-ci il tarixdən təqaüd kartını dondurmuşdur. İddiaçı3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış və köçürülmüş 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat təqaüd mələği Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan əldə edilərək soncu əsassız varlanmışdır. Həmin məbləğ isə gəlrindən məhrum olmuş Elginaz Əliyevaya qaytarılmamışdır. Məhkəmə isə tərəflər arasında bağlanmış öhdəlik müqaviləsini cavabdehin həmin müqaviləni əhəmiyyətli dərəcədə pozması əsasında ləğv etmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürlmüş öhdəlik tələbləri pozulduğundan və icra edilmədiyindən heç bir hüquqi əsas olmadan əldə etdiyi 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul sahibinə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarında olan çıxarışın və JN 1404A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, iddiaçıların naturada bölünməsini tələb etdikləri Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2 İddiaçı3 və Cavabdeh adına paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyət kimi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçıların naturada bölünməsini tələb etdikləri torpaq sahəsi birgə mülkiyyət iştirakçılarının payları müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyət kimi qeydə alınmışdır. İddiçılar isə ilkin olaraq birgə mülkiyyət iştirakçılarının paylı mülkiyyətinin müəyyənləşdirilməsi, bundan sonra paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İddiaçılar isə həmin qaydalara əməl etmədən birbaşa payların naturada ayrılması tələbi ilə çıxış etmişlər. Bu səbəbdən iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturadan ayrılaraq paylara mütənasib şəkildə bölünməsi hissəsində təmin olunmamalıdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh ilə arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsi ləğv edilməli, Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh ilə arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsi ləğv edilsin. Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar