Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-268/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 660 manat məbləğində əsas borcun, vəkil xidməti üçün ödənimiş 211 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Həmçinin bildirir ki, Cavabdeh bu günkü günə qədər 660 manat borcu olsa da həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq 660 manat məbləğindəki borcun ödənilməsini cavabdehdən xahiş etsələr də cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün vəkil xidməti üçün 211 manat və 30 manat dövlət rüsumu ödəmişlər. Hesab edir ki, iddia tələbində qeyd edilən 660 manat məbləğindəki borcun, vəkil xidməti üçün ödənilmiş 211 manat və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı ona qarşı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ilə müraciət edərək 660 manat məbləğində əsas borcun, vəkil xidməti üçün ödənimiş 211 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İddiaçı göstərib ki, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə borc yaranmışdır. Heç bir müqavilə yoxdur və heç zaman olmamışdır. O, və tanıdığı onlarla mənzil mülkiyyətçisi olan qonşuları iddiaçının kimliyindən və varlığından heç bir məlumatı yoxdur. Belə ki, o, da daxil olmaqla dəfələrlə və onlarla sayda olan Mənzil Mülkiyyətçisi özlərini iddiaçı adlandıran MMMC-yə MMMC-nin kimliyini məlum etmək üçün invidual şəkildə yüzə yaxın məktub yazıb müraciət etmişdir, lakin iddiaçı tərəfindən bu günə qədər heç bir uyğun cavab verilməmişdir. İddiaçı ilə onun arasında müqavilə yoxdur və heç zaman olmayıb. Bu səbəbdən heç bir borcdan söhbət gedə bilməz. Əgər sözü gedən və iddiaçının əsaslandığı müqavilə varsa, o zaman niyə işin içinə əlavə edilməmişdir? İddiaçının kimliyi bu gündə ona və digər tanıdığı mənzil mülkiyyətçilərinə (qonşularına) məlum deyil. Belə ki, MMMC, özünü məxfi, gizli, şübhəli aparmaqda davam etməkdədir. İlk dəfə, ona məlum olmayan MMMC-dən 27 Aprel 2023cü il tarixində məktub gəlmişdir və onlara onun borcu olduğunu iddia etmişdilər. O, bir nümunəvi vətəndaş kimi daxil olan məktubun ünvanına 08 May 2023-cü il tarixində cavab məktubu ünvanlamış və kim olduqlarını aydınlaşdırmaq üçün sənəd istəmişdir. Bir mənzil mülkiyyətçisi kimi MMMC-nin təsis sənədlərinin və digər sənədlərin nüsxələrini istəmişdir. Lakin bu günə qədər təqdim edilməmişdir. İddiaçı məktubuna 26 may 2023-cü tarixində qeyri-adekvat və müxtəlif şübhələr doğuran cavab yazmışdır. Beləki, 30 mart 2023-cü ildə yarandığını elan etmişdir, yaranması belə Azərbaycan Respublikasının Mənzil Məcəlləsini kobudcasına pozmuşdur. Xüsusi ilə diqqətə çatdırmaq istərdi ki, 26 may 2023-cü il tarixində iddiaçı qeyd edib ki, 30 mart 2023-cü il tarixində yaranıb və yaranan kimi avtomatik 01 aprel 2023-cu il tarixində onun 555,00 manat iddiaçıya borcu yaranmışdır. Beləliklə 26 may 2023-cü il tarixində ona ünvanlanan qeyri-adekvat və çoxlu şübhələr yaradan məktuba 02 iyun 2023-cü tarixdə yenidən cavab məktubu yazdı, lakin bu günə qədər sonuncu məktubunda qeyd etdiyi suallara heç bir cavab almadı və bir mənzil mülkiyyətçisi kimi tələb etdiyi sənədlərin təsdiq edilmiş nüsxələrini bu günə qədər MMMC saymamazlıq nümayiş etdirməklə təqdim etməmişdir. O, hər ay SMS vasitəsi ilə onlara mesaj yazaraq xatırlatma etməsinə baxmayaraq məktubu hələ də cavabsızdır. Fürsətdən istifadə edərək "xxxx" MMMC-nin Mülkiyyətçilərdən israrla gizlətdiyi MMMC-nin təsis sənədlərini, protokolları, qərarları, səslərin toplanmasının sübutlarını, sədr, üzvlər, işçi heyyətnin təsdiq edici sənədlərini və sair digər bütün əlaqəli sənədləri məhkəmə işinə əlavə etmələrini tələb edir. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aşağıda qeyd etdyi maddələrini kobudcasına pozmuşdur. Qeyd edilən 43, 44, 45, 46 və 47 maddələr üzrə ciddi pozuntular vardır, belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməyib və qeyd etdiyi bütün maddələr kobudcasına pozulmuşdur. Faktiki olaraq heç bir yığıncaq elan edilməyib, heç bir yığıncaq keçirilməyib, heç bir qərar qəbul edilməyib, heç bir idarəetmə üsulu seçilməyib, heç bir əyani və ya qiyabi səsvermə keçirilməyib, heç bir protokol rəsmiləşdirilməyib, təsisçi kimdir? sədr kimdir? üzvlər kimdir? işçilər kimdir? Bu qədər qaranlıq idarəetmə nə deməkdir? Sayı yüzdən çox mənzil mülkiyyətçisi ilə müzakirələr və dəqiqləşmələr aparmışdır. Heç kimin xəbəri yoxdur, belə gizli MMMC kimə lazımdır? Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti-nin saxta yollarla yaradılıb idarə edilməsi kimə qulluq edir? Mülkiyyətçilər illərdir ki, binanın saxlanılması üçün ödənilən vəsaitlərin hesabatını əldə edə bilmir, mülkiyyətçilərin ödədikləri aylıq on minlərlə manat vəsait necə və hara xərcləndiyi məlum deyil, çoxlu sayda binanın problemləri vardır, dəfələrlə binaları qanunsuz idarə edən fiziki şəxslərdən qanunsuz əməllərinə son qoymalarını tələb etmişlər. Deputatlar daxil olmaqla DİN-nin əməkdaşlarını, televiziya əməkdaşlarını, Binəqədi İcra Hakimiyyətinin nümayəndələrini və digər rəsmiləri dəfələrlə dəvət edərək müzakirələr aparmışlar. Lakin onlara məlum olmayan MMMC-nin məlum olmayan rəhbərləri mənzil mülkiyyətçiləri ilə birlikdə binaları Mənzil Məcəlləsinə uyğun idarə etməkdənsə, qanunsuz əməllərini hələ də davam etdirirlər. İddialarını sübut etmək üçün otuz iki mülkiyyətçinin adını və ünvanını qeyd edir, xahiş edir, şahid qismində dəvət edərək dinlənilsin. Çox böyük ehtimal ki, şahidlərin sayı yüzə yaxın artsın. Fürsətdən istifadə edib diqqətə çatdırmaq istəyir ki, binaların mülkiyyətçiləri mülkiyyətlərini rəsmiləşdirdikləri zaman aldandıqlarını anlamışlar, belə ki, misal üçün 100 kv metr olan yaşayış sahəsini 110 və ya 115 kv metr olaraq ödəniş edib alıblar. Yaxın gələcəkdə aldatma prosesində iştirak edən bütün hüquqi və fiziki şəxslərə qarşı məhkəmə prosesi başlanacaqdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. MMMC xx.xx.2023-cü ildə qeydiyyatdan keçib, xx.xx.2023-cü ildən fəaliyyətə başlayıb. Əvvəlki borcu tələb etmək hüququ yoxdur. Onun borcu olmasına dair hər hansı sübut yoxdur. MMMC ilə arasında heç bir müqavilə yoxdur. Liftdən istifadə etmir, ikinci mərtəbədə qalır. Bloku isə evində işləyən xadimə təmizləyir. Zibilləri özləri atır. Ona qarşı qaldırılan iddia əsassızdır bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraza uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X5r. Fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. - 15 aprel 2023-cü il tarixli təhvil-təslim aktının 5-ci bəndinə uyğun olaraq borclu şəxslərin siyahısından görünür ki, Cavabdeh 555 manat borcu vardır. - İddiaçı İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, qanunvericiliyə müvafiq qaydada binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarı hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması qərara alınmışdır. - İddiaçı Cavabdeh ünvanlandığı 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, onun 397 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən N8, N9 mənzilin xx.xx.2023-cü ilədək 555 manat borcu olsa da həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq 555 manat məbləğindəki borcunu xx.xx.2023-cü il tarixə kimi ödəməyi ondan xahiş etmişlər. Qeyd edilən tarixə kimi borcunu ödəmədiyi halda məhkəməyə müraciət edərək borcun və məhkəmə xərclərinin ondan tutulması barədə xəbərdar olunmuşdur. - 21.07.2023-cü il tarixli qəbzdən görünür ki, X6 hüquqi yardım üçün 9 saylı Vəkil Bürosuna 120 manat ödəniş etmişdir. - X3 ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, Sifarişçi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının İ blokunda 2 İİ mərtəbədə 2 və 2 otaqlı № 9, № 8 mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 185 m2. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh X3 ilə 09 sentyabr 2014-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamışdır və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə olan yaşayış binasının İ blokunda 2 İİ mərtəbədə 2 və 2 otaqlı № 9, № 8 mənzilin sahibidir. İddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. xx.xx.2023-cü il tarixədək kommunal xidmətlər X2 rəhbərliyi ilə həyata keçirilirdi və kommunal xidmətlərə görə ödəniş onlara ödənilirdi. Daha sonra X3 binanı istismara təhvil verdiyindən MMMC yaradılır və xx.xx.2023-cü il tarixdən kommunal xidmətlər göstərirlər və kommunal xidmətlərə görə İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarı ilə 0,30 manat xidmət haqqı müəyyən edilmişdir. Hazırda Cavabdeh Cəmiyyətə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulmuşdur. Onlardan biri də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətidir. Belə olan halda hazırki işdə ümumi əmlakının saxlanmasına çəkilən xərclərlə bağlı ödənişlərin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən tələb etmək hüququ vardır. Həmçinin iş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli Nizamnaməsinin 21.1-ci bəndinə əsasən cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. 2.2. Bu məqsədlərə çatmaq üçün cəmiyyət aşağıdakı fəaliyyət növlərini həyata keçirir: 2.2.1.Yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; 2.2.2. Yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması; 2.2.3. Yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması; 2.2.4. Yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması; 2.2.5 Yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması; 2.2.6. Yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi. 3.1. Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan aşağıdakı hüquqlara malik olur: 3.1.2. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 3.1.3. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.4. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnun payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ MMMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur. Qeyd olunan qərarla binanın idarə edilməsi, ümimi əmlakın lazımi sanitariya və texniki vəziyyəti təmin etmək və saz vəziyyətdə saxlamaq üçün müəyyən edilmiş 0,30 manat məbləğini hər ay MMMC-yə ödəməsi öhdəliyinin icra edilməsi nəzərdə tutulan mütləq pay haqqıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Məhkəmə cavabdehin etirazındakı hallarla bağlı qeyd edir ki, həmin dəlillər əsassız olmaqla binanın saxlanılması və s. xərclərinin ödənilməsinin zəruriliyi yuxarıda sadalanan qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi və MMMC-nin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin zəruriliyi faktı mübahisəsizdir. Məhkəmə qeyd edir ki, cavabdehin etirazındakı dəlillərə istinad etməsi kommunal xidmət haqlarını ödəməkdən yayınması kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin 660 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, binanın saxlanması üçün xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş borc məbləği İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestri tərəfindən qeydiyyata alındığı (xx.xx.2023) vaxtdan hesablanmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 15 aprel 2023-cü il tarixli təhviltəslim aktına əsasən yaranmış 555 manat borca münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı həmin borc yaranan vaxt qeydiyyatdan keçməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən aprel ayından məhkəməyə müraciət edənədək (xx.xx.2023-xx.xx.2023) ödənilməyən xidmətlərə görə (185m2 x 0,30 = 55,50 1 aylıq ödənc), (aprel-avqust, 5 x 55,50 =277,50, 55,50 : 30= 1,85, 12 gün x 1,85 =22,20, 277,50+22,20=299,70) 299.70 manat ondan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, 8 və 9 nömrəli mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, ona məxsus yaşayış sahəsinə uyğun binanın saxlanması üçün xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən İddiaçınə bununla bağlı hər hansı ödəniş etməmiş və onun binada göstərilən xidmət haqqına görə iddiaçıya 299,70 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hüquqi xidmətə görə tələb edilən 211 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qəbzdən görünür ki, hüquqi xidmət üçün 120 manat ödəniş edilmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun 12.60 manatı Cavabdeh, 17.40 manatı İddiaçınə aid edilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh binanın saxlanması üçün xidmətlərə görə 299,70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənimiş 120 manat iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh binanın saxlanması üçün xidmətlərə görə 299,70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənimiş 120 manat iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun 12.60 manatı Cavabdeh, 17.40 manatı İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-268/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-268/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver