Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-413/2025 14.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, X1 ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı 2 saylı X3 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində malqara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 479,60 manat pulun ondan tutulub 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini X5 tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət müşə fonduna AR NK-nın 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 479,60 manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14-27-12/2- 244/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi Mahal Aslanov məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
4. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
7. 2 saylı X3 Mərkəzinin 3-14-27-12/2-244/2024 nömrəli məktubundan görünür ki, cavabdehə Dövlət meşə fonduna 479,60 manat məbləğində dəymiş zərərin könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
8. 2 saylı RMTM-nın Poylu meşəbəyliyində 2 saylı meşə dolayında mal qaranın vurduğu ziyanın hesablama cədvəlindən görünür ki, cavabdeh iddiaçı təşkilata 479,60 manat ziyan vurmuşdur.
9. 2 saylı X3 Mərkəzi tərəfindən dəymiş ziyanla bağlı, 57357 nömrəli 28 dekabr 2024-cü il tarixli akt tərtib olunmuşdur.
10. Cavabdehin 2 saylı Meşə dolayısında 28 dekabr 2024-cü il tarixdə özbaşına malqara otarması ilə bağlı MN ******* nömrəli 28 dekabr 2024-cü il tarixli protokol tərtib olunmuşdur.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 2 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Ağstafa meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsində gətirib otarması faktı müəyyən olunmuşdur. Dilqəm Bağırov barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən cavabdehin qanunsuz olaraq iri və xırda mal-qaranı otardığı üçün 479,60 manat dəymiş ziyan müəyyən edilmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir . Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
13. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
14. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.
15. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar.
16. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən, Dövlət meşə fonduna aid ərazidə qanunsuz olaraq iki yaşından yuxarı iri və xırda qara-mal və atlar otarılmasına görə hər 200 baş və 9 baş keçi üçün 479,60 manat hesabı ilə dəymiş ziyan hesablanmışdır.
18. Göründüyü kimi, cavabdeh qanunsuz olaraq iki yaşından yuxarı iri və xırda qara-mal və atlar otarılmasına görə hər 200 baş və 9 baş keçi üçün 479,60 manat hesabı ilə hesablanmaqla 200 baş mal-qaraya və 9 baş keçiyə görə 479,60 manat (200 x 2,2 = 440, 9 x 4,4= 39,6) dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də iddiaçı vurulmuş zərərin əvəzi olaraq, 479,60 manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
21. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 479,60 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X3 Mərkəzinin "xxxx" ASCnin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “X4 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
26. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. 27.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia təmin edilsin. Cavabdeh 479,60 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Heyran Mürsəlova