Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-419/2023 05.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv olunması və torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsi ilə mərhum X1 arasında bağlanmış 15 iyul 2011-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını və Cavabdeh tərəfindən 0,30 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına təkrar olaraq gəlməmiş, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş, iş üzrə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi hazırki mülki iş üzrə məhkəmə iclasları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş, həmin tarixlərdə iş üzrə iddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv olunması və torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259-260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv olunması və torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ağstafa rayonu Göycəli kənd Bələdiyyəsinin nümayəndəsinə izah olunsun ki, məhkəməyə gəlməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-419/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-419/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver