Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-420/2024 04.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə el adəti ilə ailə qurmuş, nikahlarını 24 avqust 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə Qəmər adlı uşaqları anadan olmuşdur. Onun ərizəsinə əsasən Ağstafa Rayon Məhkəməsinin 2(015)-327/2012 saylı 30 avqust 2012ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, məhkəmənin 2(015)- 396(02)/2012 saylı, 29 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda uşağın artan tələbatını təkbaşına ödəyə bilmir. Cavabdeh ikinci qrup əlilliyə görə təqaüd alır və kifayət qədər pul qazanmaq imkanına malikdir. Belə ki o, mal-qara saxlayır, əkin əkməklə yüksək məbləğdə qazanc əldə edir. Lakin o, öz qazancından uşağın ehtiyaclarını təmin etmək istəmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia tələbi ilə tanışdır. 2012-ci ildə məhkəmə qətnaməsi ilə ondan Qəmər adlı uşağının saxlanması üçün 40 manat aliment tutulmuşdur. O, 2-ci qrup əlildir və xəstəliyi ilə əlaqədar işləyə bilmir. Hal-hazırda 308 manat pensiya alır. Artıq bir neçə vaxtdır ki, o iddiaçıya uşağına görə 100 manat pul ödəyir və hal-hazırda da 100 manat aliment ödəməyə imkanı çatır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-396(02)/2012 saylı 29 iyun 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 01 may 2012-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə sənədindən görünür ki, Cavabdeh 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaq böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 40 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)- 396(02)/2012 saylı 29 iyun 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-396(02)/2012 saylı 29 iyun 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-420/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-420/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver