Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-432/2023 17.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7654 manat əsas, 4416,63 manat faiz və 4735,91 manat cərimə borcu olmaqla, cəmi 16806,54 manat məbləğində borcun və ödənilmiş 140,42 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 7654 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi "xxxx" ASC ilə Zamin arasında xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nə 7654 manat əsas, 4416,63 manat faiz və 4735,91 manat cərimə borcu olmaqla, cəmi 16806,54 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlər göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7654 manat əsas, 4416,63 manat faiz və 4735,91 manat cərimə borcu olmaqla, cəmi 16806,54 manat məbləğində borcun və ödənilmiş 140,42 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 7654 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən borcalan kredit ödənişni gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlukə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin faizlərin, cərimə faizlərinin və xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçı ilə digər cavabdeh Zamin arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 nömrəli zaminlik müqaviləsinə əsasən Zamin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir, onun iddiaçının qarşısında əsas borc olaraq olan 7654 manat əsas, 4416,63 manat faiz və 4735,91 manat cərimə borcu olmaqla, cəmi 16806,54 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739, 470, 472 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 4735,91 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 4 manat müəyyən edilməlidir. İddiaçı kredit müqaviləsinin ləğv edilməsini tələb etsə də zaminlik müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürməmişdir. Kredit müqaviləsinin ləğv edilməsi barədə tələb Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə uyğun olduğundan təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140,42 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK №212-S/AZN-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Kredit müqaviləsi üzrə əsas borc olaraq 7654 manat əsas, 4416,63 manat faiz və 4 manat cərimə borcu olmaqla, cəmi 12074,63 manat (on iki min yetmiş dörd manat altmış üç qəpik) manat məbləğində pul Cavabdeh və Zamin müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140,42 manat məbləğində pul Cavabdeh və Zamin müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-432/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-432/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver