Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-437/2023 11.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona olan ******* (beş milyon yeddi yüz doxsan iki min bir yüz əlli) rubl məbləğində pulun qətnamə icra olunan vaxta olan məzənnəsi ilə və 417 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndələri məhkəmə iclasına təkrar olaraq gəlməmiş, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş, iş üzrə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi hazırki mülki iş üzrə məhkəmə baxış iclasları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə tarixə təyin edilmiş, həmin tarixdə iş üzrə iddiaçıya və onun nümayəndələrinə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən özü və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21295 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 13 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 7565 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 403,60 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanıldığından İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21295 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 13 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 7565 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 403,60 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah olunsun ki, məhkəməyə gəlməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilər. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21295 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 13 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şəmkir ödəmə terminalı olan K0147011 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 7565 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 403,60 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-437/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-437/2023
11.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver