Məhkəmə qərarları › İş №2(015)-440/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-440/2024

19.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-440/2024 19.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Əli oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əli oğluna qarşı “Suvarma arxının açılması və arxın bərpa edilməsi tələbi barədə” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, Müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əli oğlu tərəfindən hündürləşdirilmiş suvarma arxının cavabdehin hesabına açılması, yəni arxın bərpa edilməsi (eyni səviyyəyə salınması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Məlum olduğu kimi, iddiaçının iddia ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, lakin iddiaçı tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Ekspert rəyinin verilməsi üçün qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilmədiyindən və ərizə geri götürüldükdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Göründüyü kimi, İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, lakin iddiaçılar ekspert tərəfindən rəy verilməsi barədə tələb olunan məbləği ödəməkdən imtina etmişlər. Eyni zamanda hər iki iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, eyni səbəblə iddia tələbinə baxılmasını istəmədiklərini, iddia ərizəsini geri götürdüklərini bildirmişlər. Odur ki, iddia ərizəsinə baxılması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170.1-ci, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əli oğluna qarşı “Suvarma arxının açılması və arxın bərpa edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçlar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar