Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-446/2024 16.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hаkim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X4, Cavabdeh nümayəndəsi (həyat yoldaşı) Nümayəndə iştirakı ilə, İddiaçı 2 saylı X6 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 2 saylı X6 Mərkəzi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində mal-qara otarması nəticəsində dəymiş zərərin əvəzi olaraq 154 manat dəymiş ziyanın tutulub 2 saylı X6 X2 Agentliyinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı 2 saylı X6 Mərkəzinin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirdi ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Ağstafa meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Muğanlı kənd sakini Cavabdeh özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsində gətirib otarması faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən dövlət meşə fonduna vurulmuş ziyanla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Cavabdeh qanunsuz olaraq 70 baş xirda buynuzlu mal-qaranı otardığı üçün 154 manat dəymiş ziyan müəyyən edilmişdir. Dəymiş ziyanın ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də iddianın təmin olunmasını və pulun cavabdehdən tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi Nümayəndə təmsil etmişdir. Nümayəndə iddiaya etiraz edərək bildirdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Belə ki, onların yaşadıqları kənddə mal-qara otarmaq üçün örüş sahəsi olmadığından məcbur olub Ağstafa meşəbəyliyinin 2 saylı meşə dolayısında mal-qarasını otarmış, meşə işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən reyd zamanı həyat yoldaşının mühafizə zonasında qanunsuz mal-qara otarılması aşkar olunaraq bu barədə akt tərtib olunmuşdur. Ağstafa meşəbəyliyinin 2 saylı meşə dolayısında təkcə onların malqarası deyil, bütün kəndin mal-qarası otlayır. Lakin meşə işçiləri rüşvət tələb edir və ona rüşvət verməyənlərin barəsində akt tərtib edir. Ona görə də, rüşvət vermədiklərindən barələrində akt tərtib olunmuş, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, 2 saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Ağstafa meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Muğanlı kənd sakini Cavabdeh özbaşına olaraq 70 baş xırda buynuzlu davarlar Dövlət meşə fondunun sahəsində gətirib otarması faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Cavabdeh qanunsuz 70 baş xırda buynuzlu davarlar görə 154 manat dəymiş ziyan müəyyən edilmişdir. Həmin akt, dəymiş ziyanın hesablanması cədvəli, inzibati xəta haqqında protokol və digər sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Göründüyü kimi Cavabdeh qanunsuz olaraq 70 baş xırda buynuzlu davarlar görə 154 manat (70 x 2,2 = 154) dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də, iddiaçı vurulmuş zərərin əvəzi olaraq, 154 manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 154 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X6 X3 Agentliyinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X8 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1.000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 154 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X6 X3 Agentliyinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-446/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-446/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver