Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-460/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan xx.xx.2020-ci ildə aldığı 8.500 manat məbləğində pulun, xx.xx.2021-ci ildə aldığı 12000 manat məbləğində pulun, cəmi 20.500 manat pulun və 225 manat dövlət rüsumu olmaqla, cəmi 20.725 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə də aldığı 8.500 manat borc pul almışdır. Həmin pulu xx.xx.2021-ci il tarixdə qaytaracağına söz vermiş, bu barədə notarial qaydada imzası təsdiq olunmuş və səlahiyyətli orqanla ünvanlanmış ərizə də yazmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə əlavə olaraq 12000 manat məbləğində borc pul almışdır. Həmin pulu da xx.xx.2022-ci il tarixə qədər qaytaracağını bildirmişdir. Bu barədə notarial qaydada imzası təsdiq olunmuş və səlahiyyətli orqanlara ünvanlanmış ərizə də yazmışdır, iki borcu cəmi 20.500 manat təşkil edir. Cavabdeh həmin pulları vaxtında, özünün qeyd etdiyi bir vaxtda qaytaracağını desə də indiyədək pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə həmin pulları qaytarmasını tələb etsə də nəticəsiz qalmışdlır. Cavabdeh ondan borc aldığı 8.500 manat pulu xx.xx.2021-ci il tarixdə qaytaracağını, digər 12.000 manat borc aldığı pulu isə xx.xx.2022-ci il tatrixdə qaytaracağını bildirmişdir. Lakin cavabdeh pulu qaytarmamışdır. Cvabdeh aldığı borc pulu vaxtında qaytarsa idi, o həmin pulla müəyyən işləri görüb, gəlir əldə edə bilərdir. Ona görə də Cavabdeh ondan xx.xx.2020-ci ildə aldığı 8.500 manat məbləğində pulun, xx.xx.2021-ci ildə aldığı 12.000 manat məbləğində pulun, cəmi 20.500 manat pulun və 225 manat dövlət rüsumu olmaqla, cəmi 20.725 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından və iddiaçının izahatlarından müəyyən olunur ki, iş üzrə İddiaçı ilə Cavabdeh aralarında borc münasibətləri yaranmış, Cavabdeh xx.xx.2020-ci ildə aldığı 8.500 manat və xx.xx.2021-ci ildə aldığı 12.000 manat borc pul almış və tez bir zamanda qaytaracağını öhdəsinə götürsə də, həmin pulu qaytarmamış və onun iddiaçıya cəmi 20.500 manat borcu qalmışdır. Qeyd edilən fakt İddiaçı ilə Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizələrlə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə 8.500 manat və xx.xx.2021-ci ildə 12.000 manat borc pul almış, həmin borcunu qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 20.500 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 225 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 20.500 manat borc və 225 manat dövlət rüsumu olmaqla, cəmi 20.725 manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat borc və 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 20.725 (iyirmi min yeddi yüz iyirmi beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-460/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-460/2023
22.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver