Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-462/2025 03.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4362,27 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir. İş yoldaşı Cavabdeh ona müraciət edərək "xxxx"dan kredit götürmək istədiyini və ona zamin durmasını xahiş etmişdir. Zamin olduqdan sonra "xxxx"dan dəfələrlə borcun ödənilməsi barədə zənglər gəlmişdir. Həmin kreditə görə banka 4362,27 manat məbləğində pul ödəmişdir. Odur ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 4362,27 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı iddia tələbini müdafiə edərək kredit götürülən zaman həmin məbləğin ona çatmadığı halda Cavabdeh zamin olduğu üçün 4362,27 manat pulu banka ödədiyini bildirərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Cəfər Cabbarlı (keçmiş 2 saylı Yasamal) filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 104GTK********** (sistemdə dəyişikliklə əlaqədar əvvəlki kredit müqaviləsi 104GTUM1********) nömrəli 6000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4362,27 manat məbləğində ödəniş edilmiş, xx.xx.2022-ci il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi olmadığı qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdehə qarşı pul tələbi reqres qaydasında tələb etmə hüququndan irəli gəlir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC qarşısında kredit öhdəliyinə zamin olmuşdur. Lakin cavabdeh bank qarşısında öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün kredit borcunun ödənilməsi ona zamin olmuş İddiaçı əmək haqqına yönəldilərək 4362,27 manat məbləğində ödəniş edilmiş və hazırda iddiaçı həmin borcu cavabdehdən reqres qaydasında tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Göründüyü kimi, reqres öhdəlik odur ki, bu öhdəliyə görə, üçüncü şəxsin əvəzinə müəyyən pul məbləğini ödəmiş kreditor, ödədiyi pul məbləği həcmində üçüncü şəxsə reqres (geriyə tələb) irəli sürə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
12. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
13. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehin bank qarşısında olan kredit öhdəliyinə zamin durmuş, cavabdehin öz öhdəliyini yerinə yetirməməsi səbəbindən kredit borcu iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən iddiaçının həmin məbləği reqres qaydasında cavabdehdən tələb etmə hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən 4362,27 manat borcun cavabdehdən alınaraq ona verilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir.
14. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələblərinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
20. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın məbləği 4362,27 manat olduğundan və həmin iddialar üzrə qanunla 63,62 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunduğundan, iddiaçı müharibə veteranı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan 63,62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.
Nəticə hissəsi:
21. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 4362,27 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh 63,62 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova