Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-464/2025 02.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc verdiyi 2500 (iki min beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 45,40 (qırx beş manat qırx qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, iş üzrə Cavabdeh onun bacısı oğludur. O, hərbçidir və Qazax rayonunda işləyir. Cavabdeh 2024-cü ilin yanvar ayında ondan hər ay 500 manat qaytarmaq şərti ilə 5 ay müddətinə 2500 manat borc pul almışdır. Pulu cavabdehə verən zaman yanlarında 2 qonşusu olmuşdur. Lakin hal-hazıradək cavabdeh ona olan borcunu qaytarmamışdır. Cavabdeh hazırda ona olan borcunu qaytarmadığından, məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, İddiaçı həmkəndlisi və qonşusudur. Onunla düşmənçiliyi və ədavəti yoxdur. Təxminən bir il yarım əvvəl İddiaçı bacısı oğlu Seymura 2500 manat pul verən zaman o da yanlarında olmuşdur. Seymur pulu iddiaçıdan ailəsində olan problemləri həll etmək üçün almışdır. Həmin pulun 500 manatını Sevda ondan almışdır. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin olunmasını xahiş etmiş, həmçinin məhkəmə tərəfindən cavabdehlə də telefon əlaqəsi saxlanılmış və o, hazırda ucqar yerdə xidmətdə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, iddia tələbini qəbul etməsini və hazırda iddiaçıya 2500 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, şahid ifadəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh 2024cü ilin yanvar ayında iddiaçıdan hər ay 500 manat qaytarmaq şərti ilə 5 ay müddətinə 2500 manat borc pul almış və aldığı pulu qaytarmamışdır. Onun iddiaçıya 2500 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Bu hal mübahisəsidir, məhkəmə tərəfindən cavabdehlə telefon əlaqəsi saxlanılan zaman cavabdehin iddiaçıya 2500 manat borcunun olmasına dair izahatı ilə həmin hallar öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iddiaçıya 2500 manat borcunun olmasının cavabdeh tərəfindən etiraf edilməsi, iddiaçının isə cavabdehin iddiaçıya 2500 manat borcunun qalmasını bildirərək, iddianın təmin olunmasını bildirməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından tələbin 2500 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 45 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2500 manat borc, 0,40 manat xidmət haqqı və 45 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2545,40 (iki min beş yüz qırx beş manat qırx qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 2500 manat borc, 0,40 manat xidmət haqqı və 45 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2545,40 (iki min beş yüz qırx beş manat qırx qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-464/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-464/2025
02.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver