Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-479/2023 12.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun və ödənilmiş 156 manat dövlət rüsumu olmaqla cəmi 20156 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məlum olduğu kimi, qanunvericiliyə əsasən məhkəməyə verilən iddia ərizələri verilməsi üçün qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilməlidir. Lakin iş üzrə İddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə iş materiallarına qəbz əlavə etsə də həmin qəbz “Uğursuz Ödəniş” olmaqla etibarsız sayılır. Yəni, iddiaçı tərəfindən hazırki iddia üzrə qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilməmişdir. İddiaçıya dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edilməsi barədə bildiriş göndərilsə, məhkəməyə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. İddiaçı işin baxılmasına maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsində göstərilən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verilmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 150.1.2, 259- 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah olunsun ki, qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-479/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-479/2023
12.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver