Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-482/2024 11.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X*, Cavabdeh Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Maraqlı şəxs qarşı Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, hazırda mübahisə edilən ev 99 illik etibarnamə ilə onun keçmiş həyat yoldaşı Nəsibov Sərxanın adına olmuşdur. Onlar 202*-ci ildə həmin evdə yaşamışlar. Daha sonra onun xəbəri olmadan həmin evi Maraqlı şəxs adına keçirmişlər. Belə ki, o, Nəsibov Sərxanla 20**-ci ildə rəsmi nikahla ailə qurmuş, daha sonra Rusiya Federasiyasının Maqadan şəhərinə köçmüşlər. Həmin şəhərə getdikdə * ay orada kirayədə yaşamışlar, daha sonra Sərxan kirayədə yaşadıqları həmin evi almışdır. Maqadan şəhərindən sonra Rusiyanın Tolyati şəhərinə köçmüşlər. Maqadanda yerləşən evlərini satıb Tolyati şəhərindən ev almışlar və 5 il həmin şəhərdə yaşamışlar. Qızı Maqadanda, oğlu isə Ağstafada anadan olmuşdur. 2020-ci ildə Tolyati şəhərində yerləşən evi satıb Ağstafa rayonuna gəlmişlər. Ağstafada bir müddət Ağgöl kəndində yaşadıqdan sonra Sərxan hazırki mübahisəli mənzili Arif adlı şəxsdən təxminən 43000-44000 manat müqabilində almış və o, Sərxan və iki uşağı ilə birlikdə həmin mənzilə köçmüşlər. Əvvəllər evin kommunal qəbzləri Sərxanın adına olmuş, sonradan isə Əfqanın adına olmuşdur. Hazırda onların arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçıun nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X4 bildirdi ki, ünvan 1 ünvanda yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli bina Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına Ağstafa rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə verilmişdir. Həmin binanın "D" blokunun *ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən *6 nömrəli mənzilinə Maraqlı şəxsla kirayə müqaviləsi bağlanması Ağstafa rayon İcra hakimiyyəti başçısının *4.06.2023-cü il tarixli, **7 nömrəli sərəncamına əsasən həyata keçirilmişdir. Həmin sərəncamın icrası olaraq xx.xx.2023-cü il tarixli kirayə müqaviləsi ilə həmin mənzil * (bir) il müddətinə müvəqqəti yaşamaq üçün Maraqlı şəxs sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin bağlanılmasınə əsas Ağstafa rayon İcra hakimiyyəti başçısının *4.06.2023-cü il tarixli, **7 nömrəli sərəncamı olmuşdur. Müqavilə bağlanan zaman həmin mənzildə Əfqan ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs iddia tələbini qəbul etməyib iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edib göstərdi ki, onunla Ağstafa Rayon İcra Hakimiyyəti başçısının *4 iyun 2023-cü il tarixli sərəncamı əsasında hazırki mənzilə dair 24 iyun 2023-cü il tarixli kirayə müqaviləsi bağlanılmışdır. O, evi 2020-ci ildə əldə etmişdir. Həmin evdə əvvəllər yaşamış, sərəncam verildikdən sonra ailə üzvləri həmin mənzilə qeydiyyata düşmüşdür. X8 Federasiyasından gəldikdən sonra onun uşaqları rusdilli olduqları və yaşadılqarı kənddə də rusdilli məktəb olmadığı üçün qardaşının ailəsi ilə həmin mənzilə köçməsinə razılıq vermişdir. O, həmin mənzili aldığı zaman qardaşı Rusiya Federasiyasında olmuşdur. Qardaşına evi yaşamaq üçün vermiş, qardaşının ailəsi 2022ci ilin dekabr ayında həmin mənzilə köçmüşlər. Sonradan iddiaçı onun qardaşı ilə boşanmışdır. Boşandıqdan sonra qardaşı evdən çıxmış, lakin iddiaçı həmin evdə yaşayır. O, iddiaçının mənzildən çıxarılması ilə bağlı məhkəməyə iddia ərizəsi vermiş, hazırda həmin işə Gəncə Apellyasiya Məhkəməsində baxılır. Hazırki mənzili özü və uşaqlarının yaşaması üçün almışdır. Evi isə Şölə adlı qadından 42000 manat pul ödəyərək etibarnamə ilə almış, bu səbəbdən evə dair sərəncam onun adına verilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağstafa rayon İcra hakimiyyəti başçısının *4.06.2023-cü il tarixli, **7 nömrəli sərəncamına əsasən Mənzil Komissiyasının *3.06.2023-cü il tarixli, *2 saylı protokolu nəzərə alınaraq 4 nəfər ailə tərkibi ilə birlikdə Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun *-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən *6 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanmasının təmin edilməsi Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. Həmin sərəncamın icrası olaraq xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nə görünür ki, Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş direktoru X2 ilə bağlanmış müqaviləyə əsasən Ağstafa şəhər Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xüsusi təyinatlı mənzil fonduna aid ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun *-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən *6 nömrəli mənzil * (bir) il müddətinə müvəqqəti yaşamaq üçün Maraqlı şəxs sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunur ki, iddiaçı cavabdehin qardaşı ilə birgə ər-arvad kimi yaşadıqlarından, qardaşının isə Ağstafa şəhərində evi olmadığı üçün cavabdeh 2022-ci ildə müvəqqəti olaraq onlara evində qalmalarına icazə vermişdir. Sonradan iddiaçı onun qardaşı ilə boşanmışdır. Boşandıqdan sonra qardaşı evdən çıxmış, lakin iddiaçı həmin evdə yaşamışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında, əqdlərin etibarsızlığı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Məlum olduğu kimi, mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mənzil fondu formasına görə xüsusi, dövlət və bələdiyyə mənzil fondlarına aiddir. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial təyinatlı mənzil fondu və xüsusi təyinatlı mənzil fondundan ibarətdir. Xüsusi təyinatlı mənzil fondu qanunvericiliyə uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.*-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Mülki Məcəllənin 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət orqanı olan Ağstafa rayon İcra hakimiyyəti başçısının *4.06.2023-cü il tarixli, **7 nömrəli sərəncamına əsasən Mənzil Komissiyasının *4.06.2023-cü il tarixli, *2 saylı protokolu nəzərə alınaraq ünvan 1 ünvanda yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun birinci mərtəbəsində yerləşən mənzil xx.xx.2023-cü il tarixli, kirayə müqaviləsinə əsasən * (bir) il müddətinə müvəqqəti yaşamaq üçün Maraqlı şəxs sahibliyinə və istifadəsinə verilmiş, müqavilə isə yazılı formada bağlanılmışdır. Qeyd edilən hallar isə hazırki iddia ilə mübahisələndirilən müqavilənin qanunverciyilin tələblərinə və şərtlərinə əsasən bağlanılmasına əsas verir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Belə ki, Mənzil Məcəlləsinin *00.*-ci maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, mübahisələndirilən müqavilə üzrə iddiaçı müqavilə tərəfi deyildir və müqavilə kirayəyə verən tərəfindən mübahisləndirilməmişdir. İddiaçının mübahisəli mənzilə hüququnun olmasını əks etdirən sübutu mövcud deyildir. Kommunal xərclərin onlar tərəfindən ödənilməsini əks etdirən sübutların olmasını, mənzilin onlar tərəfindən alınması, həmçinin ərinin adına etibarnamə olmasını qeyd etsə də, bu faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinə və maraqlı tərəf Maraqlı şəxs qarşı Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi müvafiq sərəncam əsasında verildiyindən və həmin sərəncam qüvvədə olduğu halda, qeyd olunan kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*3-2*4, 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Maraqlı şəxs qarşı Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-482/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-482/2024
11.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver