Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-489/2025 21.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və alqı-satqı üçün ödənilmiş pulun geri qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əmlakın alqısatqısı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş məbləğin beh məbləği olaraq hesablanması və məbləğin ödənilmiş tərəfdə qalması” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 08 may 2024-cü il tarixli AA-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satılmış daşınmaz əmlakın qüsurlu olduğunu nəzərə alaraq, alqı-satqı müqaviləsi üzrə cavabdehə ödədiyi 13.000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması ilə eyni bir vaxtda 08 may 2024-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, Ağstafa rayon Notariat ofisində onunla cavabdeh İddiaçı arasında bağlanmış, ƏMDK-nin yanında DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi, ƏMDK-nin yanında DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə ona verilmiş **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha fərdi tikinti təyinatlı torpaq sahəsinin alqı-satqısına dair, 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli müqavilə ləğv edilməsi, cavabdehin ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi (3000 manat sonradan isə 10000 manat olmaqla) cəmi 13000 manat pul onun xeyrinə hesablanmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.
4. Cavabdeh məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə göndərərək, Ağstafa rayon notariat ofisində onunla cavabdeh İddiaçı arasında bağlanmış, ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə mənə verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi, ƏMDK-nin yanında DƏDRXnin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə mənə verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha fərdi tikinti təyinatlı torpaq sahəsinin alğı-satqısına dair, 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli müqavilə ləğv edilsin. Həmin 08 may 2024-cü il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına aparılmış **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyat ləğv edilsin, əmlaka mülkiyyət hüququ adına bərpa edilsin. Cavabdehin ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi (3000 (üç min) manat və sonradan da 10000 (on min) manat olmaqla) cəmi 13000 (on üç min) manat pul onun xeyrimə hesablansın.
5. İlk iddia onunla əsaslandırmışdır ki, onun 08 may 2024-cü ildə cavabdehə məxsus ünvan 1ində yerləşən DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus 0.1 ha torpaq sahəsi üzərində olan 62.3 kv,m fərdi yaşayış evi üzrə onunla cavabdeh arasında həmin tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilədə tərəflər arasında hesablaşma qaydası müəyyən edilmişdir. Həmin razılaşmaya əsasən yaşayış evini 23.000 manata almışdır. Həmin 23.000 manatın ilkin olaraq 3000 manatını notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəmiş, yerdə qalan 20.000 manatı isə xx.xx.2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə borcun 10000 manat hissəsini notariusun bankda olan depozit hesabı vasitəsi ilə cavabdehə ödəmişdir. 10000 manat müqavilə üzrə borcu qalmışdır. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Notariat ofisində onunla cavabdeh İddiaçı arasında bağlanmış ƏMDK-nin yanında DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi, ƏMDK-nin yanında DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha fərdi tikinti təyinatlı torpaq sahəsinin alqı-satqısına dair, 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli müqavilə bağlanılmışdır. Cavabdehlə İddiaçı ilə bağladığı 08 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, aldığı əmlakların (ev və evin yerləşdiyi torpaq sahəsi) razılaşdığı dəyərlərini, yəni 23000 manat pulu, 3000 manat hissədə müqavilə bağlandığı gün, yerdə qalan 20000 manat hissəsini isə xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürsə də, beh qismində 3000 manat sonradan behə əlavə kimi 10000 manat olmaqla, cəmi 13000 manat ödəniş etsə də sonradan qalıq pulu ona ödəməkdən imtina etmiş və bunu özünə başqa daha ucuz ev tapması ilə əlaqələndirmiş və ona verdiyi pulu da ona qaytarmağını istəmişdir. Cavabdehin ona qarşı ilkin iddiasında qeyd etdiyi məqamlar öz məsuliyyətini ört-basdır etməkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
7. İş üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, iddia tələbini müdafiə edir. Hər iki iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. İş üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edə bilməməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir. Məhkəməni elektron kabineti vasitəsilə izləyir. Ona görə də məhkəmədən xahiş edir ki, məhkəmə iclasları onun iştirakı olmadan, təqdim olunan sübutlar əsasında keçirilsin. O, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını, yəni ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha fərdi tikinti təyinatlı torpaq sahəsinin alğısatqısına dair, 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli müqavilə ləğv edilməsini, həmin 08 may 2024-cü il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində cavabdeh İddiaçı adına aparılmış **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini, əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsini, cavabdehin ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi 3000 (üç min) manat və sonradan da 10000 (on min) manat olmaqla, cəmi 13000 (on üç min) manat pulun onun xeyrinə hesablanmasını məhkəmədən xahiş etmişdir.
9. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq hər iki iddia ərizəsinə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
10. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi təmin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
b) Mülki işin materialları:
11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonunun Həsənsu kəndində 62.3 kv.m sahəsi qeydə alınmışdır.
12. İşdə olan 4Ə-208 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat ofisi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində tərəflər arasında olan müqavilə şərtləri pozularsa, həmin müqavilənin ləğvi məhkəmə qaydasında həll olunmalıdır
14. Məhkəmə tərəfindən mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2024-cü il tarixli **********29-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evində təmir işləri tam yekunlaşmadığından, həmin evin yaşayış üçün yararlı olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. Bu səbəbdən də qərardadın ikinci və dördüncü sualları üzrə tədqiqat aparılmalıdır. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin konstruktiv elementləri üzərində (divar, tavan və s) qüsurlar olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evində mövcud olan qüsurlar yuxarıda ətraflı göstərilmişdir. Qeyd olunur ki, hər hansı bir tikilinin qəzaalı vəziyyətdə olub-olmaması tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparmaqla müəyyənləşdirilə bilər. c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında qeyd edilən əmlaklar dövlət reyestrində İddiaçı adına **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyata alınmışdır. Əmlak üzrə ilkin olaraq alıcı tərəfindən satıcıya 13000 manat pul ödənilmişdir. Yaşayış evini aldıqdan sonra iddiaçı evin qüsurlu olmasını görmüş və aldığı əmlakları qaytarmaq şərti ilə ödədiyi 13000 manat pulu satıcıdan geri tələb etmişdir. Lakin satıcı həmin pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra satıcı Cavabdeh da alıcı İddiaçı qarşı qarşılıqlı iddia verərək aralarında bağlanmış alqı satqı müqaviləsinin, İddiaçı adına aparılmış **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini, əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsini, cavabdehin ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi 3000 (üç min) manat və sonradan da 10000 (on min) manat olmaqla, cəmi 13000 (on üç min) manat pulun onun xeyrinə hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2024-cü il tarixli **********29-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evində təmir işləri tam yekunlaşmadığından, həmin evin yaşayış üçün yararlı olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. Bu səbəbdən də qərardadın ikinci və dördüncü sualları üzrə tədqiqat aparılmalıdır. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin konstruktiv elementləri üzərində (divar, tavan və s) qüsurlar olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evində mövcud olan qüsurlar yuxarıda ətraflı göstərilmişdir. Qeyd olunur ki, hər hansı bir tikilinin qəzalı vəziyyətdə olub-olmaması tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparmaqla müəyyənləşdirilə bilər.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddia tələblərinə münasibətdə qaşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 21.Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 22.Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - 587.1.1 maddəsinə əsasən alış qiymətinin mütənasib azaldılması, - 587.1.2. maddəsinə əsasən əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, -587.1.3. maddəsinə əsasən əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 23.Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1 maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2 maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 24.Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 25.Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir 26.Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 27.Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 28.Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 29.Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 30.Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 31.Göründüyü kimi, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında qeyd edilən əmlaklar dövlət reyestrində İddiaçı adına **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyata alınmışdır. Əmlak üzrə ilkin olaraq alıcı tərəfindən satıcıya 13000 manat pul ödənilmişdir. Yaşayış evini aldıqdan sonra iddiaçı evin qüsurlu olmasını görmüş və aldığı əmlakları qaytarmaq şərti ilə ödədiyi 13000 manat pulu satıcıdan geri tələb etmişdir. Lakin satıcı həmin pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra satıcı Cavabdeh da alıcı İddiaçı qarşı qarşılıqlı iddia verərək aralarında bağlanmış alqı satqı müqaviləsinin, İddiaçı adına aparılmış **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini, əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsini, cavabdehin ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi 3000 (üç min) manat və sonradan da 10000 (on min) manat olmaqla, cəmi 13000 (on üç min) manat pulun onun xeyrinə hesablanmasını məhkəmədən xahiş etmişdir. Hər iki tərəf aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən tərəflər arasında Ağstafa rayon notariat ofisində bağlanmış 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməlidir. Qeyd edilən əmlaklar həmin müqavilə əsasında dövlət reyestrində İddiaçı adına qeydiyyata alındığından, İddiaçı adına olan **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyat da ləğv edilməlidir. 32.Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi və alıcının adına aparılmış daşınmaz əmlakın reyestr qeydiyyatı ləğv edildiyindən, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə mülkiyyət hüququ Cavabdeh adına qaytarılmalıdır. 33.Məhkəmə tərəflər arasında Ağstafa rayon notariat ofisində bağlanmış 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ödənilmiş 13000 (on üç min) manat məbləğin hansı tərəfdə qalmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 34.Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli Qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. 35.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 36.Həmin Məcəllənin 600.4-ci maddəsində qeyd olunur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər 37.Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi ləğv edildiyindən və əmlak satıcıya qaytarıldığından Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair ödənilmiş 13000 (on üç min) manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. 38.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi: 43.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilsin. Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində bağlanmış 4Ə-208 Reyestr №-li, 08 may 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında dövlət reyestrində İddiaçı adına aparılmış **********79-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyat ləğv edilsin. Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə mülkiyyət hüququ Cavabdeh adına qaytarılsın. Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair ödənilmiş 13000 (on üç min) manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova