Məhkəmə qərarları › İş №2(015)-49/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-49/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-49/2023 27.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı , onun nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Ağstafa rayonu Poylu kəndindən 1,28 ha torpaq sahəsi verilmişdir. Belə ki, artıq 14 ilə yaxındır ki, Cavabdeh ilə razılaşmaları əsasında onun 69 sot torpağı cavabdehin istifadəsindədir, o isə cavabdehə əvəzində 69 sot torpaq verməli idi, amma ona cəmi 38 sot torpaq sahəsi verilmişdir. Hazırda bu 14 ilə yaxın bir vaxtda cavabdeh ona məxsus 31 sot torpaq sahəsindən 14 ton 600 kq taxıl əldə etmişdir. Hazırda cavabdehdən ona məxsus istifadə etdiyi torpaqdan əldə etdiyi məhsulun özü və ya dəyəri olan 8.760 manat pulun ona verilməsini tələb etsə də bir nəticə əldə edə bilmir. Dəfələrlə cavabdehə ona məxsus 31 sotda əkib biçdiyi taxılın və ya pulun qaytarılmasını bildirsə də heç bir nəticə hasil edə bilmir. Hazırda bazar qiyməti ilə 1 kq taxılın qiyməti 50-70 qəpik təşkil edir. Cavabdehdən könüllü qaydada ona vurduğu ziyanlığın ödənilməsini təmin etməsini bildirsə də heç bir nəticə əldə edə bilmir. Məhkəmə qaydasında olmadan cavabdeh ona vurquğu ziyanı ödəmək fikrində deyildir. Ona görə də Cavabdeh tərəfindən ona dəymiş 8.760 manat ziyanlığın məbləği və məhkəmə üçün ödədiyi 108,40 manat dövlət rüsumu olmaqla cəmi 8.868,40 manat dəymiş ziyanlığın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Ali qızının məhkəməyə etiraz ərizəsi daxil olmuşdur, ərizə onunla əsaslandırılmışdır ki, o iddia tələbini qəbul etmir. O, heç bilmir ki, həmin 23 sot torpaq harada yerləşir. O həmin torpaqdan umumilkdə istifadə etmir. İddiaçı hətta onu aldadaraq həmin torpaqların ayrı olunması üçün ondan qanunsuz olaraq 155 manat ağac əkilməsi adıyla uçaskovi (sahə müvəkkili) vasitəsi ilə qanunsuz pul almışdır. O, nə üçün onun torpağı üçün rüsum keçirməlidir. Özü xəstə insandır birinci qrup əlildir, övladı yoxdur, ailə başçısı yoxdur və onun torpaq becərəsi halı da yoxdur, iddiaçı həyat yoldaşının sağlığında nə edibsə onun ondan heç bir xəbəri yoxdur. Əgər elə bir problem var idisə nəyə görə 2014-cü ildə əri öləndə onu ona demirdilər. İndi isə belə cəfəngiyyat iddialarla xəstə insanı narahat edirlər. Tam əksinə iddiaçı onun torpaqlarını istifadə edir və heç bir bəhər də vermir. O, iddiaçıdan bəhər istəmək əvəzinə iddiaçı ondan dəymiş ziyanı istəyir. Ona görə də hesab edir ki, iddiaçı cəfəngiyyat iddia tələbi ilə onun hüquqlarını birbaşa pozur. Bununla yanaşı iddiaçı dəfələrlə onu öz evində heç bir əsas olmadan təhqir etmişdir. Ona görə də hesab edir ki, məhkəmə qaydasında onun bu əməllərinə qiymət verilməlidir. Onun iddiaçı ilə heç bir torpaq mübahisəsi yoxdur. İndi öyrənib ki, onun 38 sot torpağını iddiaçının qardaşı Söyün əkir. Əgər onun özü əkən idisə onda nə üçün iddiaçı həmin torpağı əkmir. İddiaçının hazırda marağı ondan pul qoparmaqdır. Məhkəmədən xahişi odur ki, onun bu işə şahidləri Səlahət İsgəndərova, Vəliyev Səməndər və Hacıyeva Xumarda şahiddirlər ki, həmin torpağı isə Səməndər Vəliyev ona başqa yerdən yaxın olduğu üçün Siracın yerini Ədalətə vermişdir, ki, əksin. Həmin yeri əkdiyi üçün isə yenidən ondan qanunsuz torpaq tələb edir və qanunsuz əlavə qazanc əldə edib varlanmaq istəyir. Qanunsuz varlanmaq isə cinayətdir. Ona görə də məhkəmədən xahiş edir ki, həmin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 1.28 saylı torpaq sahəsi Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli, 10/4641 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Tərəflər arasında mübahisələndirilən 0.2572 ha torpaq sahəsinin 0.23 ha hissəsinin elektron baza məlumatlarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir”. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinə əsasən, bələdiyyələr bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə hesab edir ki, tələb qismən əsaslıdır. Çünki, bu hal mötəbər sübutlarla tam təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ağstafa şəhəri "xxxx" Firması tərəfindən verilmiş 15 avqsut 2022-ci il tarixli məktubdan da görünür ki, 2022-ci ilin sentyabr ayının 1-dən 15-nə kimi Ağstafa bazarında vətəndaşlar, fermerlər və sahibkarlar tərəfindən satılan buğdanın 1(bir) kiloqramının pərakəndə satışqiyməri 50 (əlli) – 70 (yetmiş) qəpik olmuşdur. Orta qiymət 60 (altımış) qəpik təşkil etmişdir. Tərəflər arasında mübahisələndirilən 0.2572 ha torpaq sahəsinin 0.23 hissəsinin elektron baza məlumatlarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi olduğunun müəyyən edildiyini nəzərə alsaq iddiaçıya 0.0272 ha hissədə (0.2572-0.23=0.0272ha) torpaq sahəsindən istifadə olunmasına görə ziyan vurulmuşdur. Belə olan halda iddiaçı iddia olunan 31 sotdan 14 ton 600 kq taxıl əldə etmiş olsa (14.600:31=470.96) 1 sot torpaq sahəsindən 470,96 kq taxıl əldə etmiş olardı. Həmçinin 0,0272 ha torpaq sahəsindən 14 il ərzində istifadə nəticəsində 242 (470,96:0,0272=17,314x14=242) manat gəlir əldə etmiş olardı. Ona görə də məhkəmə iddiaçının cavabdehlərdən tələb etdiyi dəymiş maddi ziyanın ümumi məbləği kimi 242 manatı ağlabatan hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 242 manat (iki yüz qırx iki) manat pul və ödənilmiş 108.40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar