Məhkəmə qərarları › İş №2(015)-497/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-497/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-497/2024 24.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : 2 saylı X3 Mərkəzi Cavabdeh tərəfindən meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 176 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq 2 saylı X3 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən hesablanmış ziyan tam şəkildə ödənildiyindən iddia tələbindən imtina etdiklərini, iddiaçı 2 saylı X3 Mərkəzinin iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, onun ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, cavabdeh etiraz etmədiyindən, mülki prosossesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan iddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar