Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-508/2023 05.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “attenti” markalı elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığına görə ondan dəyəri 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Qəfərov X2 Rayon Məhkəməsinin *(0*5)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.*-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 0* (bir) il ** (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və yaşayış yerinin hüdudlarını cəzaçəkmə müddəti ərizəndə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Məhkum Cavabdeh 28 fevral 2023-cü il tarixdə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmişdir. Həmin gün bir ədəd “attenti” markalı elektron nəzarət vasitəsi iş üzrə məhkum Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. İddiaçınə *2.04.2023-cü il tarixdə məhkum Cavabdeh tətbiq edilmiş qolbağın tapılmaması xəbərdarlığı göndərilmiş və nəticədə məlum olmuşdur ki, Cavabdeh ona tədbiq edilmiş elektron vasitəni yararsız vəziyyətə salmışdır. Beleliklə Cavabdeh elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla dövlətə maddi ziyan vurmuşdur. “Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə həmin “attenti” markalı elektron nəzarət qurğusunun dəyəri 2.277,40 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da, o vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*8-ci il *0 aprel tarixli *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Ona görə də Cavabdeh “attenti” markalı elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığına görə ondan dəyəri 2.277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı icra məmuru X* məhkəməyə ərizə göndərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materallarına əlavə olunmuş *4.04.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin daşıdığı elektron nəzarət vasitəsinin texniki vəziyyətinin yoxlanılması barədə protokola əsasən Cavabdeh *4.04.2023-cü il tarixdə İddiaçınə çağırılmış, onunla söhbət aparılmış və ona tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmişdir. Məhkum Cavabdeh bildirmişdir ki, ona tətbiq edilmiş elekrton nəzarət vasitəni *2.04.2023-cü il tarixdə əlindən suya düşüb və bundan sonra mobil qurğu işləmir. Mobil qurğuya baxış keçirilərkən, mobil qurğunun zədələndiyi, ekranın yararsız vəziyyətə düşməsi aydın şəkildə görsənir və yenidən işlək vəziyyətə gətirilməsi mümkünsüzdür. İş materallarına əlavə olunmuş 06.0*.2023-cü il tarixliazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslə söhbət aparılması barədə məlumatdan görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzidəsi qoyulmuşdur. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçının qarşısında vurduğu ziyanlığa görə 2.277,40 manat icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci və 2*.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək uçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa duşulur. Mülki Məcəllənin *096.*-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin *096.2-ci maddəsinə əsassən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin *097.*-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin ***5-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun əvəzi olaraq 42,77 manat məbləğində pul MPM-in **9.*-ci maddəsinə əsasən cavabdehdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilsin. İddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun əvəzi olaraq 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət büddcəsinə ödənilsin. Qətnamədən qəbul edildiyi gündən * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-508/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-508/2023
05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver