Məhkəmə qərarları › İş №2(015)-51/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-51/2025

10.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-51/2025 10.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 3-cü şəxs Ağstafa rayon Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” iddiasına dair ilk iddia üzrə, Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 İddiaçı, üçüncü şəxslər X1, X4, Ağstafa rayon Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “əqdin qismən etibarsəz hesab edilməsi, əqd əsasında alınmış sənədlərin (texniki pasportun) ləğv olunması, torpaq sahəsinin və yaşayış evinin boşaldılması, qanunsuz hərəkətlərə son qoyulması və maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlər Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 arasında Ağstafa rayonu, Həsənsu kəndində yerləşən 850 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 arasında Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqaviləyə əsasən Ağstafa rayonu, Həsənsu kəndində 850 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini iddiaçı cavabdehlərə ******* (beş milyon) manat pul ödəyərək almışdır. Bu barədə iddiaçının adına texniki pasport da tərtib olunmuşdur. Həmin vaxtdan yaşayış evə torpaq sahəsi iddiaçının istifadəsindədir. Lakin qeyd edilən müqavilədə torpaq sahəsi göstərilmədiyindən evi öz adına sənədləşdirə bilmir. Cavabdehlər isə müxtəlif bəhanələr gətirərək torpaq sahəsinə dair müqaviləni notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmışlar. Halbuki, aralarında olan razılaşmaya əsasən cavabdehlər torpaq sahəsini və yaşayış evini bütövlükdə ona satmışlar. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqavilənin qismən (Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 aid hissədə) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 1737 inventar nömrəli texniki pasportun ləğv edilməsi, İddiaçı, X5, X6 və sonuncuların azyaşlı uşaqları Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-043A KOD 50202028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş, Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsinə 5/8 hissəsi Cavabdeh4, 1/8 hissəsi Məmmədova (Əliyeva) Aygün Saqif qızının, 1/8 hissəsi Cavabdeh3 və 1/8 hissəsi Cavabdeh1 adına qeyd alınmış, ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, İddiaçı, X5, X2 həmin torpaq sahəsindən qanunsuz hərəkətlərinə son qoyulması, onlar tərəfindən bu əmlaklarla bağlı Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı yaradılan əsassız maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X8 və onların ümumi birgə mülkiyyətinə verilmişdir. X13 xx.xx.2003-cü ildə vəfat etmişdir. Ağstafa rayonu notariat kontorunun xx.xx.2004-cü il tarixli, 2V-152 və 2V-153 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum S.S.Əliyevdən miras qalmış Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və umumi sahəsi 24 kv.m olan yaşayış evinin 5/8 hissəsinə Cavabdeh4, 1/8 hissəsinə Məmmədova (Əliyeva) Aygün Saqif qızının, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə Cavabdeh1 payı müəyyən olunmuş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 arasında Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqaviləyə əsasən Ağstafa rayonu Həsənsu kəndində 850 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini iddiaçı cavabdehlərə ******* (beş milyon) manat pul ödəyərək almışdır. Halbuki, həmin müqavilənin mövcudluğu barədə onların məlumatı məlumatı olmamışdır. Müqavilə bağlanarkən Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmamış, analar Cavabdeh4 həmin müqaviləni bağlamaq hüququ olmamışdır. Bu səbəbdən qeyd edilən müqavilə etibarsız hesab edilməli və müqavilə əsasında İddiaçı adına tərtib olunmuş texniki pasport ləğv edilməlidir. Həmçinin, İddiaçı, X5, X6 və sonuncuların azyaşlı uşaqları Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998ci il tarixli, 01 saylı qərarı ilə JN-043A KOD 50202028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş, Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsinə 5/8 hissəsi Cavabdeh4, 1/8 hissəsi Məmmədova (Əliyeva) Aygün Saqif qızının, 1/8 hissəsi Cavabdeh3 və 1/8 hissəsi Cavabdeh1 adına qeyd alınmış, ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, İddiaçı, X5, X2 həmin torpaq sahəsindən qanunsuz hərəkətlərinə son qoyulması, onlar tərəfindən bu əmlaklarla bağlı Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı yaradılan əsassız maneələrin aradan qaldırılmalıdır.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

5. İş üzrə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi vəkil, Nümayəndə2 ərizə verərək iddianın baxılmamış saxlanılmasına etiraz etdiyini və hər iki iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nın 185-ci maddəsini rəhbər tutaraq hər iki iddia ərizəsinə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi vəkil, Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edib təmin, ilk iddianı qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan JN-043A KOD 50202028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X9, Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 və Cavabdeh1 Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.

10. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13 ilə Cavabdeh4 birgə nikahlarından xx.xx.1989-cu ildə Cavabdeh1, xx.xx.1990-cı ildə Məmmədova (Əliyeva) Aygün Saqif qızı, xx.xx.1994-cü ildə Cavabdeh3 adlı uşaqları anadan olmuşdur.

11. İş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 xx.xx.2003-cü ildə vəfat etmişdir.

12. İş materiallarında olan vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Ağstafa rayonu notariat kontorunun xx.xx.2004-cü il tarixli, 2V-152 və 2V-153 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum S.S.Əliyevdən miras qalmış Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və umumi sahəsi 24 kv.m olan yaşayış evinin 5/8 hissəsinə Cavabdeh4, 1/8 hissəsinə Məmmədova (Əliyeva) Aygün Saqif qızının, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə Cavabdeh1 payı müəyyən olunmuş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

13. İş materiallarında olan Ağstafa rayon DTİ və MHQ tərəfindən verilmiş 41 saylı arayışdan görünür ki, həmin arayış Cavabdeh4 daşınmaz əmlakı alıb-satmaq üçün verilmiş, arayışda daşınmaz əmlaklar kimi Ağstafa rayonunun Həsənsu kəndində sənəd üzrə 800 kv.m, faktiki 978 kv.m torpaq sahəsi və ümumi sahəsi 24 kv.m yaşayış evi qeyd olunmuşdur.

14. İş materiallarında olan Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqavilənin surətindən görünür ki, Ağstafa rayon DTİ və MHQ tərəfindən verilmiş 41 saylı arayışına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh4, Cavabdeh1, X12 və Əlizadə X10 rayonunun Həsənsu kəndində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini İddiaçı ******* (beş milyon) manata satmışdır. Cavabdeh1, X12 və Cavabdeh3 azyaşlı olduqlarından onların adlarından müqaviləni qanuni nümayəndələri olan anaları Cavabdeh4 imzalamışdır.

15. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 1737 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini yerləşdiyi torpaq sahəsi sənəd üzrə 800 kv.m, əslində 978 kv.m, tikinti altı 63,9, həyət örtüyü 64 kv.m olmaqla, fərdi yaşayış evinin torpaq sahəsinə daxil olunmadan küçəyə giriş-çıxışı vardır

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: c) Məhkəmə iclasında müəyyən olunmuşdur ki, JN-043A KOD 50202028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X9, Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 və Cavabdeh1 Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. X13 xx.xx.2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra Ağstafa rayonu notariat kontorunun xx.xx.2004-cü il tarixli, 2V-152 və 2V-153 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum S.S.Əliyevdən miras qalmış Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və umumi sahəsi 24 kv.m olan yaşayış evinin 5/8 hissəsinə Cavabdeh4, 1/8 hissəsinə Məmmədova (Əliyeva) Aygün Saqif qızının, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə Cavabdeh1 payı müəyyən olunmuş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqaviləsinə əsasən Ağstafa rayon DTİ və MHQ tərəfindən verilmiş 41 saylı arayışına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh4, Cavabdeh1, X12 və Əlizadə X10 rayonunun Həsənsu kəndində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini İddiaçı ******* (beş milyon) manata satmışdır. Cavabdeh1, X12 və Cavabdeh3 azyaşlı olduqlarından onların adlarından müqaviləni qanuni nümayəndələri olan anaları Cavabdeh4 imzalamışdır. Həmin vaxtdan yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsindədir. Lakin qeyd edilən müqavilədə torpaq sahəsi göstərilmədiyindən iddiaçı evi öz adına sənədləşdirə bilmir. Cavabdehlər isə müxtəlif bəhanələr gətirərək torpaq sahəsinə dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmışlar.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə ilk öncə ilk iddiaya münasibətdə qaşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti xx.xx.2005-ci il tarixdə yaranmışdır. Belə ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 Ağstafa rayonunun Həsənsu kəndində yerləşən 850 kv.m torpaq sahəsini xx.xx.2005-ci il tarixdə almasını bildirərək bu barədə onun cavabdehlər arasında arasında bağlanmış alqı-satqı müqaviləsini bağlanmış hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçının qeyd etdiyi xüsusatlar həmin zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll olunmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.

20. Eyni zamanda, “İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına əsasən, “MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.

21. Göstərilən maddənin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; – məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; – əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

22. Belə ki, 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş MM–nin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi,yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı–satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: –yazılı formada bağlanması; –notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı–satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

23. Beləliklə, daşınmaz əşyaların alqı–satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM–in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

24. Göründüyü kimi, İddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 arasında Ağstafa rayonunun Həsənsu kəndində yerləşən 850 kv.m torpaq sahəsinin satılmasına dair heç bir yazılı müqavilə mövcud deyildir.

25. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqavilənin surətindən görünür ki, Ağstafa rayon DTİ və MHQ tərəfindən verilmiş 41 saylı arayışına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 755 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh4, Cavabdeh1, X12 və Əlizadə X10 rayonunun Həsənsu kəndində yerləşən ümumi sahəsi 24 kv.m yaşayış evini İddiaçı ******* (beş milyon) manata satmışdır. Həmin vaxtdan da qeyd edilən yaşayış evi Lətafət Əhmədovun istifadəsindədir. xx.xx.2005-ci il tarixli, 1737 inventar nömrəli texniki pasporta əsasən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 800 kv.m, əslində 978 kv.m, tikinti altı 63,9, həyət örtüyü 64 kv.m olmaqla, fərdi yaşayış evinin torpaq sahəsinə daxil olunmadan küçəyə giriş-çıxışı vardır. Yaşayış evinin isə tikinti altı və həyət örtüyü olmadan sənədləşdirilməsi mümkün deyildir. Belə ki, İddiaçı həmin yaşayış evi sahiblik, istifadə və sərəncam vermək üçün satılmışdır.

26. Belə ki, Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının “Mənzil hüququ” adlı 43-cü maddəsinə görə “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum oluna bilməz və dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür”. Göründüyü kimi, Konstitusiya əsasında mənzil hüququ: şəxsin yaşayış yeri kimi mənzildən qanunsuz çıxarılmasının yolverilməzliyi və xüsusi tədbirlər görülməklə mənzilə sahib olmaq hüquqlarının məcmusundan ibarətdir ki, bu da dövlət-hüquqi təminatlarla bilavasitə bağlıdır. Başqa cür desək, mənzil hüquq münasibətləri mənzil subyektlərinin hüquq və vəzifələri ilə bilavasitə bağlı olduğundan mənzildən istifadə hüququ da konstitusiya ilə elan olunan mənzil hüququ fonunda “heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının yolverilməzliyi”nə hesablanmış qanunvericlik təminatı kimi çıxış edir. Həmin hüququn həyata keçirilməsi üçün mənzil sahibi ona məxsus mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməlidir. Qeyd edilən hüquqlar da mənzil sahibinin dövlət tərəfindən tanınan və qorunan hüquqlarıdır.

34. Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin ayrılmaz tərkib hissəsi olan tikinti altı və həyət örtüyü olan 64 kv.m torpaq sahəsi müqavilə bağlanan vaxtdan İddiaçı sahibliyində olmuşdur. Hazırki vəziyyətdə fərdi yaşayış evinin ayrılmaz tərkib hissəsi olan tikinti altı və həyət örtüyü müqavilədə göstərilmədiyindən İddiaçı qanuni yolla aldığı əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilməyərək evi öz adına sənədləşdirə bilmir. Lakin evin İddiaçı altında olan torpaq sahəsi ilə birlikdə satılması barədə tərəflər öz iradə ifadəsini əks etdirərək müqavilə bağlamışlar. Bu səbəbdən həmin fərdi yaşayış evinin ayrılmaz tərkib hissəsi olan tikinti altı və həyət örtüyü olan 64 kv.m torpaq sahəsi İddiaçı mənsub olmalıdır. Ona görə də ilk iddia qismən təmin olunmalı, İddiaçı ilə cavabdehlər Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 arasında 755 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Ağstafa rayon Həsənsu kəndində yerləşən fərdi yaşayış evinin tikinti altı sahəsində yerləşən 64 kv.m torpaq sahəsinə, yəni Torpağın mülkiyyətə verilməsinə dair JN – 043A, KOD 50202028 saylı şəhadətnaməyə əsasən X9, Cavabdeh4, Cavabdeh1, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Ağstafa rayon Həsənsu kəndində verilmiş 0,08 ha həyatyanı torpaq sahəsinin tikinti altı və həyət örtüyü olan 0,0064 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.

35. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X12 və Cavabdeh3 azyaşlı olduqlarından onların adlarından Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqaviləni qanuni nümayəndələri olan analarının imzalanmasının qanunsuz olmasını əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişlər.

37. Göründüyü kimi qeyd edilən müqavilə bağlanarkən Cavabdeh1 16, Aygün Əliyevanın 15, Cavabdeh3 isə 11 yaşı olmuşdur.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

39. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

40. Həmin Məcəllənin 344.1-ci maddəsinə əsasən bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır.

41. Həmin Məcəllənin 345.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır.

42. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Ağstafa Rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, 236881 nömrəli müqaviləni Cavabdeh1, X12 və Cavabdeh3 azyaşlı olduqlarından onların adlarından qanuni nümayəndələri olan anaları Cavabdeh4 bəyənərək imzalamışdır. Bu səbəbdən həmin müqavilə etibarsız hesab edilə bilməz və İddiaçı, X5, X6 və sonuncuların azyaşlı uşaqları həmin evdən məcburi çıxarıla bilməz.

43. Məhkəmə eyni zamanda hesab edir ki, texniki pasport heç bir hüquqmüəyyənedici sənəd olmadığından, əmlakın faktiki vəziyyətini əsk etdirən texniki sənəd olduğundan və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından qarşılıqlı iddia həmin hissədə də təmin oluna bilməz.

44. Məhkəmə qarşılıqlı iddia tələbinin Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-043A KOD 50202028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh4, Cavabdeh1, X12 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş, Ağstafa rayonu Həsənsu kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən İddiaçı, X5, X6 və sonuncuların azyaşlı uşaqlarının çıxarılması, İddiaçı, X5, X2 həmin torpaq sahəsindən qanunsuz hərəkətlərinə son qoyulması, onlar tərəfindən bu əmlaklarla bağlı Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı yaradılan əsassız maneələrin aradan qaldırılması hissəsində qismən əsaslı hesab edir.

45. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, JN – 043A, KOD 50202028 saylı şəhadətnaməyə əsasən X9, Cavabdeh4, Cavabdeh1, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Ağstafa rayon Həsənsu kəndində verilmiş 0,08 ha həyatyanı torpaq sahəsinin tikinti altı və həyət örtüyü olan 0,0064 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edildiyindən, torpaq sahəsinin qalan 0,0736 ha hissəsi qarşılıqlı iddia üzrə iddiaçılara məxsusdur. İddiaçı, X5, X6 həmin torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

46. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

47. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.

48. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

49. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır.

50. Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

51. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur.

52. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN – 043A, KOD 50202028 saylı şəhadətnaməyə əsasən X9, Cavabdeh4, Cavabdeh1, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Ağstafa rayon Həsənsu kəndində verilmiş 0,08 ha həyatyanı torpaq sahəsinin 0,0736 ha hissəsindən İddiaçı, X5, X2 qanunsuz hərəkətlərinə son qoyulmalı və torpaq sahəsinin həmin hissəssinə onlar tərəfindən yaradılan suni maneələr aradan qaldırılmalıdır.

53. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.

59. “X14” Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

60. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 2040 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 40,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

Nəticə hissəsi:

61. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh4, Məmmədova (Əliyeva) Aygün Saqif qızı, Cavabdeh3 arasında 755 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Ağstafa rayon Həsənsu kəndində yerləşən fərdi yaşayış evinin tikinti altı sahəsində yerləşən 64 kv.m torpaq sahəsinə, yəni Torpağın mülkiyyətə verilməsinə dair JN – 043A, KOD 50202028 saylı şəhadətnaməyə əsasən X9, Cavabdeh4, Cavabdeh1, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Ağstafa rayon Həsənsu kəndində verilmiş 0,08 ha həyatyanı torpaq sahəsinin tikinti altı və həyət örtüyü olan 0,0064 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN – 043A, KOD 50202028 saylı şəhadətnaməyə əsasən X9, Cavabdeh4, Cavabdeh1, Məmmədova (Əliyeva) Aygün Saqif qızına, Cavabdeh3 Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Ağstafa rayon Həsənsu kəndində verilmiş 0,08 ha həyatyanı torpaq sahəsinin 0,0736 ha hissəsindən İddiaçı, X5, X2 qanunsuz hərəkətlərinə son qoyulsun və torpaq sahəsinin həmin hissəsinə onlar tərəfindən yaradılan suni maneələr aradan qaldırılsın . İlk və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən Apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar