Məhkəmə qərarları › İş №2(015)-52/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-52/2025

13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-52/2025 13.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X19 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X9, Cavabdeh nümayəndəsi, Vəkil1 iştirakı ilə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh və üçüncü şəxslər Ağstafa rayon Notariat Ofisinə və Əmlak Məsələri üzrə DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması miras mülkün əvvəlki vəziyyətinə qaytarılması, miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələ arasında paylara mütənasib şəkildə bölünməsi və evə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək Ağstafa rayon Notariat Ofisində bağlanmış 4Ə-142 saylı, xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqmüəyyənedici sənədlərin əvvəlki vəziyyətə qaytarılması, ona (İddiaçı1) vərəsəlik şəhadətnaməsinin verilməsi və onların evə köçürülməsi, miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələ arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı1 nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edib göstərmişdir ki, iddiaçılar Ağstafa şəhəri İ.Rəhimov küçəsi ev 38də qeydiyyatda olduqlarını bildirirlər. İddiaçılar həmin mülkdə doğulub boya başa çatıblar. Həmin əmlak İddiaçı1 mərhum atası X2 adına olmuş, mərhum anası X12 ilə birgə nikahda olan zaman tikilmişdir. Daha sonra isə xx.xx.2021-ci ildə ataları İsmayıl Namazov, xx.xx.2017-ci ildə isə anaları Zenfira Namazova vəfat etmişdir. İş üzrə Cavabdeh iddiaçının qardaşıdır. Həmin əmlak valideynlərin birgə nikahı dövründə tikilməsinə baxmayaraq Cavabdeh bağışlanan zaman digər vərəsələr nəzərə alınmamışdır. Şəhər icra nümayəndəliyi tərəfindən həmin əmlakda heç kimin qeydiyyatda olmaması barədə arayış verilmişdir. Bağışlama müqaviləsi əqddir. Həmin əqdin verilməsində icra nümayəndəsinin vermiş olduğu saxta arayış əsasında, hansı ki, orada qeydiyyatda olan şəxsləri nəzərə almadan hər hansı bir formada bağışlama müqaviləsi vermişdir. Bağışlama müqaviləsi ümumi iqtisadi dəyər olaraq ər arvadın arasında birgə mülkiyyəti olmasına baxamaraq, arvad özü də bağışlama verəcəyi halda razılıq ərizəsi ilə kifayətlənmişdir. Bağışlama müqaviləsi verilən zaman evdə kimlərin qeydiyyatda olması, MKTB-nin vermiş olduğu həmin evdə kimlərin qeydiyyatda olması qeyd edilməmişdir. Bu səbəbdən həmin bağışlama müqaviləsi əsassızdır. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil1 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunan tələblər mahiyyət etibarı ilə biri əqdin etibarsızlığı, hüquqmüəyyənedici sənədlərin əvvəlki vəziyyətə qaytarılması və vərəsəlik tələbi qeyd edilmişdir. Əslində əqdin etibarsızlığı və vərəsəlik bir iddiada verilməli deyildir. Bağışlanan əmlakda qeydiyyatı olan şəxslərin razılığının alınmaması əqdlərin ləğvi üçün əsas deyil. Bu barədə qanunlarda da göstərilib və məhkəmə təcrübəsində də bu belədir. Bu movzuda Ali Məhkəmənin qərarları da var. Eyni zamanda notariat fəaliyyətlərinin aparılması haqqında qaydaların pozulması əqdlərin ləğvi üçün əsas deyil. Əlavə olaraq qeyd olunur ki, mərhum anaları Zenfira Namazova 2013-cü ildə bağışlama müqaviləsi verilən zaman orada iştirak edib və razılıq verib. Eyni zamanda iddia ərizəsində vərəsəliklə bağlı tələb qoyulub. Qeyd edir ki, burada heç bir miras kütləsi yoxdur. İddia ərizəsində qeyd olunan sənədlərin əvvəlki vəziyyətə qaytarılması tələbi isə qanunvericikdə nəzərdə tutulmayıb. İddiaçıların evə köçürmə tələbi ilə bağlı qeyd olunur ki, 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 80-ci maddələrində qeyd edilir ki, şəxs daimi əsaslarla 6 ay yaşayış yerini tərk edərsə o, artıq istifadə hüququnu itirir. İddiaçılar isə neçə illərdir ki, həmin mənzildə yaşamırlar. Bununla da iddiaçılar həmin evdən istifadə hüquqlarını itirmişlər. İddia tələbinin əsaslarından biri də odur ki, iddiaçıların başqa yaşayış yerləri yoxdur. Qanunveciliyin tələblərinə görə şəxsin yaşayış yeri ilə bağlı məsələlər müəyyən olunan zaman onların zəruri yaşayış yerlərinin müəyyən olunması əsasdır. Əslində şəxsin daimi yaşayış yeri, mülkiyyətində yaşayış evi varsa artıq onun başqa yerdə yaşamaq hüququ yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. 2000-ci ildə ailə quraraq həmin evə gəlin köçmüşdür. O, həmin evə gəlin köçəndə qaynı İddiaçı1 və onun ailəsi həmin evdə yaşamamışlar. 1999-cu ildə özləri könüllü şəkildə evi tərk edərək evdən çıxmışlar. Bu günə qədər onlar həmin evdə yaşamamışlar. Həmit ailəsi ilə təxminən 5 il kirayədə yaşadıqdan sonra özünə məxsus yarımtikili evi təmir etdirərək həmin evdə yaşadılar. Hal-hazırda da həmin evdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, üçüncü şəxslər Ağstafa rayon Notariat Ofisinə və Əmlak Məsələri üzrə DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələri və vəkillərini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda ümumi sahəsi 94,4 kv.m, yaşayış sahəsi 56,1 kv.m, yardımçı sahəsi 38,3 kv.m olan yaşayış evi X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Ağstafa rayon Notariat Ofisində bağlanmış 4Ə-142 saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin görünür ki, X6 özünə məxsus ünvan 1 ünvanda ümumi sahəsi 94,4 kv.m, yaşayış sahəsi 56,1 kv.m, yardımçı sahəsi 38,3 kv.m olan yaşayış evini oğlu X15 bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Ağstafa Rayon Notariat Ofisində rəsmiləşdirmişlər. İş materiallarında olan Ağstafa MKTB tərəfindən verilmiş 455 saylı arayışdan görünür ki, X3 ailə tərkibi həyat yoldaşı X4, oğlu Cavabdeh, gəlini Şahid1, X8 və X10 ibarətdir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında nikah xx.xx.1960-cı il tarixdə bağlanılmışdır. İş materiallarında olan X5 və Şahid1 Ağstafa rayon notariat kontoruna vermiş olduqları xx.xx.2013-cü il tarixli ərizələrindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin X6 tərəfindən oğlu X13 bağışlanmasına etiraz etməmişlər. İş materiallarında olan Ağstafa rayon Notariat Ofisində bağlanmış 4Ə-228 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Şahid2 özünə məxsus Ağstafa şəhəri, 33-cü məhəllədə yerləşən ümumi sahəsi 580 kv.m torpaq sahəsini İddiaçı1 bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Ağstafa Rayon Notariat Ofisində rəsmiləşdirmişlər. İş materiallarından görünür ki, İddiaçı1 adına Ağstafa şəhərində yerləşən evinə X16 tərəfindən abonent kodu verilməklə 2018-ci ildən, X21 İstismar İdarəsinin Ağstafa xidmət sahəsi üzrə abonent kodu verilməklə xx.xx.2019-cu il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X7 xx.xx.2017-ci il tarixdə, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa rayon Notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən X1 və X3 adına vərəsəlik işi açılmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanda ümumi sahəsi 94,4 kv.m, yaşayış sahəsi 56,1 kv.m, yardımçı sahəsi 38,3 kv.m olan yaşayış evi X3 adına qeydiyyata alınmışdır. X6 özünə məxsus yaşayış evini oğlu Cavabdeh bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Ağstafa Rayon Notariat Ofisində rəsmiləşdirmişlər. Həmin bağışlama müqaviləsi bağlanarkən X11 və Şahid1 Ağstafa rayon notariat kontoruna xx.xx.2013-cü il tarixli ərizə verərərək qeyd edilən bağışlanma müqaviləsinin bağlanılmasına etiraz etməmişlər. Məhkəmə ilkin olaraq iddia tələbinin Ağstafa rayon Notariat Ofisində bağlanmış 4Ə-142 saylı, xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və hüquqmüəyyənedici sənədlərin əvvəlki vəziyyətə qaytarılması hissəsində aşağıdakı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: vacib əhəmiyyətli yanılma, aldatma, təhdid edilmə (hədələnmə). Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. MM-nin 673.3-ci maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Qeyd olunan maddənin məzmununa görə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bəxşiş müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Yəni qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, bağışlanmış əmlak ər ilə arvadın birgə nikah dövründə əldə olunmuş əmlak barəsində olsa da həmin bağışlama müqaviləsi bağlanarkən evdə yaşayan arvad X11 və gəlin Şahid1 Ağstafa rayon notariat kontoruna xx.xx.2013-cü il tarixli ərizə verərərək qeyd edilən bağışlanma müqaviləsinin bağlanılmasına etiraz etməmişlər. X6 öz iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan yaşayış evini oğlu X13 bağışlama müqaviləsi əsasında bəxşiş etmişdir. İddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağlandığı vaxtdan 10 ildən sonra irəli sürmüşdür. Belə ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir). Mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mübahisələndirilən bağışlama müqaviləsi iradə ifadəsinə uyğun olaraq bağlandığından, müqavilə bağlandıqdan təxminən on il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində əsassız olduğundan və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində təmin olunmadığından tələb onun əsasında hüquqmüəyyənedici sənədlərin əvvəlki vəziyyətə qaytarılması hissəsində də təmin oluna bilməz. Bundan başqa məhkəmə iddia tələbinin miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın vərəsələ arasında paylara mütənasib şəkildə bölünməsi hissəsində aşağıdakı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Göründüyü kimi, Ağstafa rayon Notariat Ofisində bağlanmış 4Ə-142 saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X6 özünə məxsus yaşayış evini oğlu X15 bağışlamış, həmin bağışlama müqaviləsi baş tutduqdan sonra daşınmaz əmlak sonuncunun adına keçmişdir. İddiaçının anası X7 xx.xx.2017-ci il tarixdə, atası X6 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının valideynləri vəfat etdikdən sonra mübahisəli yaşayış evi onların adına qeydiyyata alınmamış və onlardan miras qalmamışdır və qeyd edilən daşınmaz əmlakın İ.Namazovdan miras qalması barədə hər hansı bir sübut iş materiallarına əlavə edilməmiş və bu barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Miras əmlakın açılmasından artıq 3 il keçmiş və iddiaçılar həmin müddət ərzində miras əmlakla maraqlanmamışlar. Miras əmlakı faktiki idarə etməmişlər. Onlar miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, X3 ölümündən sonra hər hansı bir əmlak miras qalmamış, sonuncudan miras qalsa belə iddiaçı tərəfindən həmin əmlakı qəbul edilərək faktiki idarə etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi hissəsində də təmin oluna bilməz. Bundan əlavə məhkəmə iddia tələbinin evə köçrülmə hissəsində aşağıdakı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 iyul 2001- ci il tarixli qərarı Həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunur ki, qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi). Göründüyü kimi, iş üzrə İddiaçı1 1961-ci ildə mübahisəli yaşayış evində anadan olmuşdur. Yəni, onun mübahisəli mənzilə istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. xx.xx.2009-cu ildək qüvvədə olan Mənzil Məcəlləsi Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdəbu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə- bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə - orada olduğu bütün müddətdə; 7) həbs olunduqda-istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda həmin mübahisəli yaşayış evində yaşamasına dair hər hansı sübut yoxdur. Belə ki, İddiaçı1 ailəsi ilə birlikdə başqa yaşayış yerində yaşamış, özünə məxsus ayrı yaşayış evi olmaqla, adına Ağstafa şəhərində yerləşən evinə X16 tərəfindən abonent kodu verilməklə 2018-ci ildən, X21 İstismar İdarəsinin Ağstafa xidmət sahəsi üzrə abonent kodu verilməklə xx.xx.2019-cu il tarixdən qeydiyyatdadır. Hazırda həmin evdə iddiaçıya dair hər hansı əşya yoxdur. İddiaçıların nümayəndəsi tərəfindən cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi dəlillərini təqzib edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı ən azından 2018-ci ildə özünə məxsus yaşayış evinə köçmüş, özünə yeni yaşayış yeri əldə etmiş və həmin vaxtdan hazırki mübahisəli evdə yaşamamışdır. Bununla da iddiaçılar həmin evdən istifadə hüquqlarını itirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində də təmin oluna bilməz. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X20 Namazova və üçüncü şəxslər Ağstafa rayon Notariat Ofisinə və Əmlak Məsələri üzrə DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması miras mülkün əvvəlki vəziyyətinə qaytarılması, miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələ arasında paylara mütənasib şəkildə bölünməsi və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar