Məhkəmə qərarları › İş №2(015)-538/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-538/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-538/2023 21.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində Olan (LPO) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "xxxx" Kommersiya Banknın (KB) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC "xxxx" KB-kı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90498/14 saylı kredit müqaviləsi üzrə Banka olan 451,72 manatt əsas borc, 305,27 nanat faiz borcu, 327,83 manat cərimə borcu, 134,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faz məbləği olmaqla, cəmi 1218,86 manat məbləğində pulun və 32,79 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/90498/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə bank tərəfindən cavabdehə 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində xx.xx.2023-cü il tarixinə Banka cavabdehin banka 451,72 manat əsas borc, 305,27 nanat faiz borcu, 327,83 manat cərimə borcu, 134,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faz məbləği ümumilikdəisə 1218,86 manat məbləğində borcu qalmışdır. Ona görə də QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90498/14 saylı kredit müqaviləsi üzrə Banka olan 451,72 manatt əsas borc, 305,27 nanat faiz borcu, 327,83 manat cərimə borcu, 134,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faz məbləği olmaqla, cəmi 1218,86 manat məbləğində pulun və 32,79 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı QSC "xxxx" KB-nin nümayəndəsi məhkəməyə vəsatət göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizə təqdim edərək göstəmişdir ki, iddiaçı “QSC "xxxx" KB-nin ona qarşı iddiasını qəbul etmir. Belə ki, onun heç bir borcu yoxdur. Əgər həmin təşkilata borcu olsaydı onda ona çoxdan xəbərdarlıq məktubu ya borcu olmağı barədə zəng və ya məhkəməyə verilməsi barədə ən azından 2020-ci ilə kimi bir məlumat verilərdi. İddiaçının hazırki tələbi 2023-cü ildə verilmişdir və müqavilə bağlandığı vaxtdan 8-ilə yaxın bir vaxt keçmişdir. Əgər onun hər hansısa borcu varıydısa onda ona müqavilə üzrə vaxtında məhkəməyə verib qanuni şəkildə tələblərini qoyardılar. Ona görə də iddia müddətini tətbiq edərək iddiaçı LPO QSC "xxxx" KB-nin ona qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin əsassız olduğu üçün mülki işə onun iştirakı olmadan baxılaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90498/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş üzrə Cavabdeh məhkəməyə daxil olmuş etiraz ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan ödəniş məlumatlarından görünür ki, cavabfdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin həmin Məcəllənin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçıya öz hüququ, kredit müqaviləsi üzrə verilən pul vəsatinin qaytarılmasını tələb etmək hüququ sığorta ödənişin verildiyi ərəfədə məlum olmuşdur, lakin bu barədə ərizə (iddia) 3 il keçdikdən sonra - xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ona görə də iddiaçının həmin hüququ qüvvədən düşmüş sayılsa da, iddia müddətinin tətbiqini nəzərdə tutuan müddalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. (MM 375.1 və 375.2-ci maddələri) Məhkəmə qeyd edir ki, hazırki tələblə bağlı öhdəlik üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı bunu sübut edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4 maddələrinin şərh edilmısinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətəbiq edilməlidir. Beləliklə, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürüldüyündən və iddiaçının hüququ qüvədən düşdüyündən iddia əsassızıdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. İddia təmin olunmadığından iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi cavabdehdən tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə» dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar