Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-540/2023 28.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı kəşfiyyatçı kimi X4, aprel döyüşlərinin iştiakçısı olmuşdur. Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə aldığı çoxsaylı travmalar səbəbindən iddiaçıya 2-ci qrup əlillik də təyin edilmişdir. İddiaçı 2014-cü ildə Daewoo Gentra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Lakin həmin vaxtlarda hərbi xidmətdə olduğundan və hərbi hissəsini tez-tez tərk edə bilmədiyi üçün avtomobilin axtarışını, seçimi və sənədləşdirmə işlərini atası Cavabdeh həvalə etmişdir. Bir insanın ilk olaraq güvəndiyi, etibar etdiyi şəxs onun atası olmalıdır. İddiaçı da etibar edib avtomobili atasının adına rəsmiləşdirilməsini bildirmişdir. Ümumi olaraq iddiaçı avtomobil üçün 2014-2019-cu illərdə cəmi 21.900 manat pul ödəmişdir. Həmin pulun bir hissəsi ilkin xərclər, komissiya haqqı kimi lizinq şirkəti tərəfindən tutulmuşdur. 2.300 manat miqdarında ilkin ödəniş etməklə, 60 ay müddətinə aylıq 312 manat qrafik ödənişi nəzərdə tutulmaqla Daewoo Gentra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili Nıkoil Bankdan lizınqə almışdır. 2019-cu ildə avtomobilin ödənişini tam şəkildə ödəyib bitirmişdir. Daewo Gentra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobildən başqa 2017-ci ildə bir ədəd də Dodge Caravan markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili də atası X5 adına rəsmiləşdirmişdir. Həmin vaxt onun Mercedes C-class markalı avtomobili var idi. Dodge Caravan markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili bartər (dəyişmə) üsulu ilə əldə etmişdir. 2-ci Qarabağ müharibəsi bitdikdən sonra iddiaçı 2-ci qrup əlil kimi pensiyaya çıxmış və hərbi xidmətdən uzaqlaşmışdır. Belə olan halda da artıq maddi çətinliklər yaranmağa, ailəsini, 3 uşağını saxlamaqda, çətinlik çəkməyə başlamışdır. 2023-cü ilin əvvələrində aldığıtəqaüdün dolanışığına çatmadığı və maddi çətinliklər səbəbindən həyat yoldaşıma işləməsini təklif etmişdir. Lakin bundan sonra həyat yoldaşı ilə münasibətləri korlanmağa başladı. Həyat yoldaşı onun bibisi qızıdır. Atası bacısı qızı ilə boşanmaq istədiyimə görə iddiaçı ilə münasibətləri kəsməyə, söz -söhbətlər salmağa başladı. Belə olan halda da avtomobillərini Daewoo Gentra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil və də Dodge Caravan markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb satmaq istəyəndə atası avtomobilləri iddiaçıya qaytarmaqdan imtina etmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Maşınlar onun adınadır. İddiaçı ailəsini atıb başqa qadın ilə münasibət qurub, ailəsinə də o baxıb, yardım edir. İddiaçının ailəsini dağıtamağına qarşı çıxdığı üçün ona qarşı aqressiya nümayiş etdirir və ondan sanki heyif çıxır. Eyni zamanda oğlu müharibə iştirakçısıdır, müharibədə travma almışdır. İddiaçının dedikləri tamamilə əsassızdır, bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxıb, iş üzrə yekun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan X1 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, “.. Yazıb sizə bildirirəm ki, mən 20 aprel 2015-ci ildən İddiaçı ilə birlikdə eyni bölmədə 25 sentyabr 2015-ci ilədək birlikdə xidmət etmişik. Sözü gedən avtomobil Daevo Gentra ağ rəngli markalı avtomobili lizinq yolu ilə əldə etdiyini və hər ay maaş dövründə kredit ödədiyini bildirir, 312 manat məbləğində ödəniş etdiyini vurğulayırdı.” İş materiallarında olan X3 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, “.. Yazıb sizə bildirirəm ki, mən X3 xx.xx.2014-cü il tarixində xüsusi təyinatlı qüvvələr kursuna daxil olduğum gündən İddiaçı tanıyıram. 2015-ci ildən may ayına qədər birlikdə xidmət etmişik. Həmin vaxtdan indiyə kimi normaq münasibətlərimiz mövcuddur. Sözü gedən Azərə məxsus avtomobil Daevo Gentra ağ rəngli markalı avtomobili Azər kredit ödəyərək əldə edib. Həmin dövrdən indiyənəə kimi avtomobil Azərdə olub.” İş materiallarında olan X6 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, “.. Yazıb sizə bildirirəm ki, mən 14 dekabr 2014-cü il tarixində xüsusi təyinatlı qüvvələr kursuna daxil olduğum gündən İddiaçı tanıyıram. Həmin vaxtdan indiyə kimi normal münasibətlərimiz mövcuddur. Sözü gedən Daevo Gentra ağ rəngli markalı avtomobili dostum Azər Lizinq yolu ilə əldə edib və atasının adına sənədləşdirib. Hətta Azər atasına və kreditlərə görə hərbidə yaranmış zəruri ehtiyaclarına maaşı yetmədiyi üçün mən də ona maddi yardımlar etmişəm.” İş materiallarında olan Tibbi-Sosial Ekspert Kimossyasının sonuncu müayinəyə dair çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən Mülki Prosessual Məcəllənin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.”. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbini əsaslandıracaq şahid ifadələrindən başqa hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmin ahidlərin ərizələrini mötəbər sübut hesab etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbini dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-540/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-540/2023
28.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver