Məhkəmə qərarları › İş №2(015)-549/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-549/2025

13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-549/2025 13.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, onun şəxsi istifadəsinə və sahibliyində olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1887,60 (bir min səkkiz yüz səksən yeddi manat altmış qəpik) manat, dövlət rüsumuna görə 38,83 manat olmaqla, cəmi 1926,43 (bir min doqquz yüz iyirmi altı manat qırx üç qəpik) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, AZL 5109 saylı daxili lizinq müqaviləsi əsasında 25850 manat məbləğində “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. xx.xx.2025-ci il tarixdə avtomobil etibarnamə əsasında istifadəyə verdiyi X1 tərəfindən idarə edilərkən, Ağstafa rayonu, Qırılı kənd sakini Cavabdeh idarə etdiyi **- JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Chevrolet Cobalt LTZ” minik markalı avtomobilə maddi zərər dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı avtomobil cavabdeh tərəfindən icbari sığorta etdirilmədən istismar edilir və icbari qaydada sığortası olmadığı üçün dəymiş zərərin ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən sürücü Cavabdeh xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla inzibati məsuliyyətə cəlb edilərək AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. Hadisə nəticəsində “Chevrolet Cobalt LTZ” minik markalı avtomobilə 1887,60 manat məbləğində zərər dəymişdir. Hadisə nəticəsində uzun müddət avtomobili təmir etdirmək mümkün olmamışdır. Dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də o, ödənişdən boyun qaçırmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-5109 saylı daxili lizinq müqaviləsi əsasında İddiaçı 25850 manat məbləğində “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. xx.xx.2025-ci il tarixdə qeyd edilən avtomobil iddiaçının etibarnamə əsasında istifadəyə verdiyi X1 tərəfindən idarə edilərkən Cavabdeh idarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən sürücü Cavabdeh xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla inzibati məsuliyyətə cəlb edilərək AR İXM-nin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş akta əsasən hadisə nəticəsində ““Chevrolet Cobalt” minik markalı, **- YG-*** dövlət qeydiyyat nişanlı 1887,60 manat məbləğində ziyan dəymişdir. İddiaçı cavabdehdən qeyd edilən ziyan məbləğinin ödənilməsini tələb etsə də cavabdeh ona heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı Məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-5109 saylı daxili lizinq müqaviləsi əsasında İddiaçı 25850 manat məbləğində “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil alması, xx.xx.2025-ci il tarixdə qeyd edilən avtomobilin iddiaçının etibarnamə əsasında istifadəyə verdiyi X1 tərəfindən idarə edilərkən Cavabdeh idarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı avtomobillə toqquşması və nəticədə yol nəqliyyat hadisəsinin baş verməsi, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən sürücü Cavabdeh xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla inzibati məsuliyyətə cəlb edilərək AR İXM-nin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilməsi, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsinin inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapması, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş akta əsasən hadisə nəticəsində ““Chevrolet Cobalt” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı 1887,60 manat məbləğində ziyan dəyməsi sübuta yetirildiyindən, ona görə də Elkən Nəbiyev iddiaçı qarşısında maddi məsuliyyət daşıyır. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərcinin əvəzi olan 38,83 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1887,60 manat vurulmuş zərər və 38,83 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1926,43 manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1887,60 manat vurulmuş zərər və 38,83 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1926,43 manat İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar