Məhkəmə qərarları › İş №2(015)-552/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-552/2023

15.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-552/2023 15.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə ” dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.5-ci maddəsinə görə ərizənin məzmununda ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yəni sənədlər siyahısı ərizənin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Lakin hazırkı ərizənin sonunda “Qoşma: iddia ərizəsi- 2 nüsxədə, şəxsiyyət vəsiqələrinin surəti 02 nüsxədə, ünvan barədə arayışlar 2 nüsxədə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli 1 nüsxədə” ifadəsi qeyd olunmuş, lakin ərizəyə əlavə edilən sənədlərin adı çəkilməklə sənədlər sadalanmış, amma iddia ərizəsinə şəxsiyyət vəsiqələrinin surəti 02 nüsxədə və ünvan barədə arayışlar 1 nüsxədə əlavə edilməmişdir. Bununla da qanunun tələbi pozulmuşdur. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə ”dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar