Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-563/2023 17.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC məhkəməyə ərizə göndərərək İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixdə İddiaçı ASC-nin vasitəsilə 14221102 saylı xidmət adı və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 62,77 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin vasitəsilə 14221102 saylı xidmət adı və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 62,77 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 152.1.9, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin vasitəsilə 14221102 saylı xidmət adı və 142211 büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 62,77 manat dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-563/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-563/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver