Məhkəmə qərarları › İş №2(015)-574/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-574/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-574/2023 19.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7995,31 manat əsas, 727,15 manat faiz və 977,10 manat cərimə borcu olmaqla, cəmi 9699,56 manat məbləğində borcun və ödənilmiş 117 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18,7 faiz olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nə 7995,31 manat əsas, 727,15 manat faiz və 977,10 manat cərimə borcu olmaqla, cəmi 9699,56 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdeh göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7995,31 manat əsas, 727,15 manat faiz və 977,10 manat cərimə borcu olmaqla, cəmi 9699,56 manat məbləğində borcun və ödənilmiş 117 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirdi ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək ona görə də mülki işə onun iştirakı olmadan baxıb təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 faiz olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən borcalan kredit ödənişni gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin faizlərin, cərimə faizlərinin və xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir, onun iddiaçının qarşısında əsas borc olaraq olan 7.995,31 manat əsas, 727,15 manat faiz və 977,10 manat cərimə borcu olmaqla, cəmi 9.699,56 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739, və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 977,10 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. Kredit müqaviləsinin ləğv edilməsi barədə tələb Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə uyğun olduğundan təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 157-S-BK/AZN-22 nömrəli kredit müqaviləsi ləğv edilsin. Kredit müqaviləsi üzrə əsas borc olaraq 7995,31 manat əsas, 727,15 manat faiz və 1 manat cərimə borcu olmaqla, cəmi 8723,46 (səkkiz min yeddi yüz iyirmi üç manat qırx altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar