Məhkəmə qərarları › İş №2(015)-576/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-576/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-576/2023 19.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 696,91 manat əsas, 2,31 manat faiz və 3,69 manat cərimə borcu olmaqla cəmi 702,91 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 faiz, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 1.191,34 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nə 696,91 manat əsas, 2,31 manat faiz və 3,69 manat cərimə borcu olmaqla cəmi 702,91 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 696,91 manat əsas, 2,31 manat faiz və 3,69 manat cərimə borcu olmaqla cəmi 702,91 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsi üzrə illik 1 faiz, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 1.191,34 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.4-cu bəndinə əsasən borcalan üzərinə göterdüyü öhdəliyi yerinə yetirməzsə, habelə müqavilədə nəzərdə tutulmuş digər hallar baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq və ya verilən kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faiz və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı və Borcalananın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək, habelə bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 696,91 manat əsas, 2,31 manat faiz və 3,69 manat cərimə borcu olmaqla cəmi 702,91 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №057-GKM/19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh 696,91 (altı yüz doxsan altı manat doxsan bir qəpik) manat əsas, 2,31 (iki manat otuz bir qəpik ) manat faiz və 3,69 (üç manat altmış doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 702,91 (yeddi yuz iki manat doxsan bir qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar