Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-577/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, İddiaçı, Nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) manat pulun və ödədiyi 210 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. O, 2022-ci ilin dekabr ayında yaşadıqları Ağstafa rayonu Poylu kəndində ondan ailə məişət problemləri ilə əlaqədar 40000 (qırx min) manat borc pul almışdır. Cavabdeh pulu ondan alan zaman yaxın müddət ərzində hissə-hissə olmaqla qaytaracağına söz vermişdir. Lakin Cavabdeh pulu qaytarmasına öhdəlik götürsə də o, üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Buna sübut olaraq cavabdehin ona təqdim etdiyi qəbzi də iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlə razılığa gələ bilmədiklərindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də Cavabdeh 40000 (qırx min) manat pulun və ödədiyi 210 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, Cavabdeh 40000 (qırx min) manat pulun və ödədiyi 210 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil X2 iddia tələbini müdafiə edib göstərdi ki, müdafiəçisi olduğu İddiaçı Cavabdeh qarşı borc pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2022-ci ilin dekabr ayında cavabdeh Arzu Cavabdeh Ağstafa rayonunda 40000 manat borc pul vermişdir. Bununla bağlı cavabdehin öz rəsmi ərizəsi var ki, bəli 40000 manat pulu alıb, müəyyən müddət ərzində qaytaracağına dair iş materiallarına ərizə əlavə olunmuşdur. Həmin pulu qeyri müəyyən müddətə qaytarmağa razılaşıblar. Ödənişdə faiz nəzərdə tutulmamış, cavabdeh yaxın bir müddət ərzində pulu qaytaracağına söz vermişdir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul edib bildirmişdir ki, o, iddia ərizəsi ilə tanış olmuşdur. İddiaçı onun qonşusudur, onu uşaqlıqdan tanıyır. İddiaçı ilə aralarında pul söhbəti olub, danışıqları belə olmuşdur ki, o işləyib borcunu hissə-hissə qaytaracaqdır. Hazırda fəhlə işləyir. İddiaçıya borcla bağlı müraciət etmiş, o isə pulu zaminsiz, girovsuz ona vermişdir. Həmin 40000 manat pulu birdəfəyə almışdır. İddiaçı tanışları vasitəsi ilə biznes quracaq, Bakı şəhərindən tikinti materialları gətizdirib burada satacağını planlaşdırmışdır. Lakin sonra iş alınmamış, pullar isə xərclənmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh 2022-ci ilin dekabr ayında İddiaçı 40000 manat borc pul almış və həmin pulu yaxın müddət ərzində hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı və Cavabdeh həmkəndli olmaqla, Ağstafa rayonu Poylu kəndində yaşayırlar. 2022-ci ilin dekabr ayında Cavabdeh İddiaçı biznes qurmaq məqsədi ilə aralarında olan razılaşmaya əsasən 40000 manat borc pul almışdır. O, həmin borcu yaxın müddət ərzində hissə-hissə qaytarmağa öhdəlik götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Bu hal mübahisəsizdir, məhkəmə iclasında iştirak etmiş cavabdeh də həmin halları təsdiq edir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iddiaçıya 40000 manat borcunun olmasının cavabdeh tərəfindən etiraf edilməsi, iddiaçının isə cavabdehin ona 40000 manat borcunun qalmasını bildirərək, iddiasının təmin olunmasını bildirməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından tələbin 40000 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 210 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 40000 (qırx min) manat borc və 210 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 40210 (qırx min iki yüz on) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat borc və 210 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 40210 (qırx min iki yüz on) manat alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-577/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-577/2023
04.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver