Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-578/2023 19.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 1702,13 manat əsas, 475,74 manat faiz və 836,09 manat cərimə borcu olmaqla cəmi 3013,96 manat məbləğində borcun və ödənilmiş 50,14 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23 faiz olmaqla, 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi "xxxx" ASC ilə Zamin arasında xx.xx.2021-ci il tarixli İK 171-S/AZN-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nə 1702,13 manat əsas, 475,74 manat faiz və 836,09 manat cərimə borcu olmaqla cəmi 3013,96 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlər göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 1.702,13 manat əsas, 475,74 manat faiz və 836,09 manat cərimə borcu olmaqla cəmi 3013,96 manat məbləğində borcun və ödənilmiş 50,14 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 171-S/AZN-21 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh Zamin ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1.2-cı bəndinə əsasən borcalan kredit ödənişi gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlukə yarandıqda, bu müqavilədə və /və ya öhdəliyin icrasının təminatı müqaviləsində nnəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqvilənin 2.1-ci bəndinə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsinə borclu ilə bərabər eyni həcmdə məsuliyyat daşıyırlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 1702,13 manat əsas, 475,74 manat faiz və 836,09 manat cərimə borcu olmaqla cəmi 3013,96 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 470, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 836,09 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,14 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Ağstafa» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 171-S/AZN-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin. Cavabdeh və Zamin müştərək qaydada 1702,13 (bir min yeddi yüz iki manat on üç qəpik) manat əsas, 475,74 (dörd yüz yetmiş beş manat yetmiş dörd qəpik ) manat faiz və 1 (bir) manat cərimə borcu olmaqla cəmi 2178,87 (iki min yuz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,14 (əlli manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-578/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-578/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver