Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-579/2023 18.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 7000 manat pulun və 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib bildirmişdir ki, Cavabdehdən 7000 manat pulun və 90 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məhkəmə baxışı gedişində 7000 manat puldan 6400 manat ödənilmişdir və cavabdehin 600 manat borcu qalmışdır. Ona görə də cavabdehdən 600 manat pulun və 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, Cavabdeh 22000 manata 2022-ci ilin noyabr ayında Ağstafa rayonunun Xətai kəndində yerləşən evi satmışdır. O, məhkəməyə iddia ərizəsi verdikdən sonra, cavabdeh ona borcun bir qismini qaytarmış, onun 600 manat borcu qalmışdır. Cavabdeh 1 həftəyə borcu qaytaracağını bildirmiş, o da Cavabdeh 400 manatı verməsini qalan 200 manatını isə bağışlamışdır. Lakin həmin söhbətdən 3 ay müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Ona görə də cavabdehdən 600 manatın tutularaq ona verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək məhkəməyə ərizəsini təqdim edib bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı ev almış və 7000 manat borcundan 6400 manat ödəmiş, həmin 600 manatın da 200 manatını iddiaçı ona bağışlamışdır. Qalan 400 manat borcunu 1 ay müddətində ödəyəcəkdir. Ona görə də iddia tələbini qismən təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, tərəflərin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə və tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 22000 manat dəyərində ev almış, həmin evin 15000 manatını vermiş və 7000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə baxışı gedişində 7000 manat borcundan 6400 manat da ödəniş etmiş və 600 manat borcu qalmışdır. Tərəflərin aralarında olan qarşılıqlı razılaşmaya əsasən həmin borcdan iddiaçı 200 manatını cavabdehə bağışlamış, cavabdehin iddiaçıya 400 manat borcu qalmışdır. Həmin 400 manat borcu isə cavabdeh 1 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, o borcu ödəməmişdir. Bu hal mübahisəsidir, məhkəmə iclasında iştirak etmiş cavabdeh də həmin halları təsdiq edir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iddiaçıya 600 manat borcunun olması, tərəflərin aralarında olan qarşılıqlı razılaşmaya əsasən həmin borcdan iddiaçının 200 manatını cavabdehə bağışlaması, cavabdehin iddiaçıya 400 manat borcunun qalması, həmin borcu isə cavabdehin 1 ay müddətinə ödəməyi öhdəsinə götürsə, üzərinə götürdüyü öhdəliyi pozması, iddianın həmin həcmdə təmin olunması qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tələbin 400 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş məbləği 1000 manat aşağı, yəni 400 manat təşkil etdiyindən həmin tələb üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumu üçün ödənilmiş məbləğin qalığı olan 60 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 400 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 400 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat alınıb İddiaçı verilsin. Dövlət rüsumu üçün ödənilmiş məbləğin qalığı olan 60 manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-579/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-579/2023
18.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver