Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-587/2023 05.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 352,24 manat əsas, hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ərizə verilən günə olan 623,24 manatın və 30 manat dövlət rüsumu olmaqla cəmi 653 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən İKİQAPİLİ ticarət mərkəzinin sahibidir. Fəaliyyətləri hər növdən olan yeyinti məhsullarının satışından ibarətdir. Xidmətlərini vətəndaşların rifahı və maddi imkanlarını nəzərə alaraq qurmuşlar və vətəndaşlara hər cür köməkliklər edirlər. Belə ki, toy, yas və sair mərasimlərin təşkili üçün topdan satış qiymətləri ilə məhsulların satılmasını təşkil edərək öz bacardıqları yardımı göstərirlər. Bundan başqa müraciətləri nəzərə alaraq həmin məhsulların pulunu məclislərin təşkilindən sonra almaq şərti ilə, yəni nisyə şəkildə verirlər. xx.xx.2023-cü il tarixində növbəti müraciəti nəzərə alaraq iş üzrə cavabdeh olan Cavabdeh oğluna ad günü mərasimi üçün ümumi dəyəri 352,24 manat məbləğində məhsul verilmişdir. Cavabdehin cəmi 352,24 manat borcu qalmışdır. Bununla bağlı aralarında müqavilə rəsmiləşdirmişlər. Borcun qaytarılması üçün dəfələrlə cavabdehin evinə getmişlər, o isə qaytaracağını bildirmişdir. Artıq uzun müddət keçsə də cavabdeh borcunu qaytarmır. Müqavilədən də göründüyü kimi cavabdeh olan Cavabdeh ona ziyan vurmuşdur. Belə ki, cavabdeh hər gecikmiş gün üçün 1% olmaqla dəbbə pulu ödəməlidir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Cavabdeh tərəfindən mənimsənilmiş 352,24 manat əsas, hər gecikmiş gün üçün 1 % olmaqla dəbbə pulu ilə birlikdə 623,24 manat pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 653 manatın bir dəfəlik olaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək cavabdeh məhkəmə iclasına təkrar olaraq gəlmədiyindən həmin işə qiyabi icraat qaydasında baxılması və qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı Cavabdeh 20 gün müddətində qaytarmaq şərti ilə 352,24 manat məbləğində ad günü üçün ərzaq və qeyri ərzaq məhsullarını nisyə vermişdir.Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, alıcı nisyə-satış müqaviləsi üzrə məhsulların dəyərini bu müqavilənin tərkib hissəsi olan Fakturaya uyğun olaraq həyata keçirir.Məhsulların dəyəri üzrə tələblər pozulduğu gündən etibarən Alıcı dəyərin qalığına hər gecikmiş gün üçün, 1 faiz olmaqla dəbbə pulunu ödəyir.Həmin müqavilə üzrə cavabdehin 352,24 manat əsas, hər gecikmiş gün üçün 1 % olmaqla dəbbə pulu ilə birlikdə cəmi 623,24 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən əsasən, iddiaçının cavabdehə 20 gün müddətində qaytarmaq şərti ilə 352,24 manat məbləğində ad günü üçün ərzaq və qeyri ərzaq məhsullarını verməsi, lakin cavabdehin nisyə-satış müqaviləsinin şərtlərini pozması, onun iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 352,24 manat əsas, dəbbə pulu ilə birlikdə cəmi 623,24 manat borcunun qalması sübuta yetirildiyindən, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli nisyəsatış müqaviləsi üzrə 352,24 manat əsas, dəbbə pulu ilə birlikdə cəmi 623,24 manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 238, 241- 242, 244 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 352,24 manat əsas, dəbbə pulu ilə birlikdə cəmi 623,24 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-587/2023
Ağstafa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(015)-587/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver