Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-600/2024 02.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsimim hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh 4.700,00 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağstafa rayon Poylu xəstəxanasında işləyir. Cavabdehlə qonşuları vasitəsi ilə tanış olmuş və dəfələrlə pul alıb qaytararaq inam qazanmışdır. Sonuncu dəfə 13.700,00 manat pul alaraq onun 9.000,00 manatını qaytarmışdır. Cavabdeh yazılı surətdə qalan pulu da qaytaracağını bildirmişdir. Birlikdə lotereya oynayaraq qalan pulu da qaytaracağını bildirsə də 4.700,00 manat məbləğində pulu indiyə kimi iddiaçıya qaytarmamışdır. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Ərizə göndərərək iştirakı olmadan iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə iddiaya etiraz edərək bildirdi ki, cavabdeh (qızı) hal-hazırda xəstədir. İddiaçıya dəfələrlə kredit götürərək ödəniş etmiş, borcunu 10.000 manat olmaqla iki dəfə qaytarmışdır. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid Haxverdi oğlu ifadəsində göstərmişdir ki, cavabdeh onun qızıdır. Hal-hazırda Ağstafa rayon Soyuqbulaq qəsəbəsində yaşayır, ailəli, orta ixtisaslı, təqaüdçüdür. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. İddiaçıdan cavabdehin nə vaxt nə qədər pul götürdüyünü xatırlamır. Cavabdeh kredit götürüb borcunu qaytarmışdır. Borc qaytarılarkən qızı və yoldaşı da orada olmuşdur. Cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır. İddiaçı tərəfin bildirdiyinə görə 13.700,00 manat məbləğində pulun 9.000,00 manatı cavabdeh tərəfindən qaytarılmış, 4.700,00 manatı isə indiyə kimi qaytarılmamışdır. Cavabdeh tərəfindən yazılmış, xx.xx.2023-cü il tarixli ərizədə cavabdeh qeyd etmişdir: “Mən, Cavabdeh, X1 on üç min yeddi yüz manat (13.700,00 manat) borc pul aldıım. xx.xx.2023-cü ildə götürdüm”. 4.700,00 manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin özü məhkəmə iclasına gəlməmiş, 4.700 manat məbləğində pulu iddiaçıya qaytarması barədə Məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə dindirilmiş şahid cavabdehin qohumu olduğuna görə mübahisənin cavabdehin xeyrinə həll edilməsində maraqlıdır, bu səbəbdən də onun verdiyi məlumat mötəbər sübut hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin mülki işdə cavabdehin 4.700,00 manat məbləğində öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,00 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.700,00 (dörd min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,00 (altmış yeddi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-600/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-600/2024
02.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver