Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-601/2023 04.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 238,59 manat əsas, 24,75 manat komisyon haqqı borcu olmaqla, cəmi 263,34 manat borcun, 0,40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(015)-601/2023 saylı qərardadı ilə "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onların iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 84 ay müddətinə kredit xətti ayrılmış, kreditin ilkin limiti 500 manat təyin edilmişdir. X5 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 28 saylı məktubu ilə X2 vərəsəsinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" Kommersiya Bankı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mehman Şıxməmmədovun vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 238,59 manat əsas və 24,75 manat komisyon haqqı borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İş materiallarından görünür ki, X5 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat Ofisinin xx.xx.2023cü il tarixli 28 saylı məktubuna əsasən mərhum X3 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qəbul edərək vərəsəlik şəhadətnaməsi aldığından, onlar X3 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 84 ay müddətinə kredit xətti ayrılması, kreditin ilkin limitinin 500 manat təyin edilməsi, X5un xx.xx.2014-cü il tarixdə vəfat etməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 28 saylı məktubuna əsasən mərhum X3 adına vərəsəlik işinin açılması, onun qanun üzrə vərəsəsi olan cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, onların kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehlərin mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməmələri, Mehman Şıxməmmədovun vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 238,59 manat əsas və 24,75 manat komisyon haqqı borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 238,59 manat əsas və 24,75 manat komisyon haqqı borcu olmaqla, cəmi 263,34 manat borc 0,40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 238,59 manat əsas və 24,75 manat komisyon haqqı borcu olmaqla, cəmi 263,34 manat borc, 0,40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-601/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-601/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver