Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-605/2023 02.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 600,86 ABŞ dolları borcun, 0,40 manat xidmət haqqının və 30,22 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 12 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 28 saylı məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" Kommersiya Bankı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, anası bankdan kredit pulu şəxsən özü götürmüşdür və götürən zaman sığorta olunmuşdur. 2014-cü ildə anası vəfat etdikdən sonra, bu barədə vəkillərlə maraqlanmış və ona bildirmişlər ki, notariusda anasının ölüm haqqında şəhadətnaməsini təstiq edib banka yaxınlaşsın. O daha sonra notariusdan aldığı sənədlə birlikdə banka müraciət etmişdir. Bankın nümayəndəsi ona bildirmişdir ki, kredit götürən vəfat edib və o sığorta olunubsa pul ödənilmir. Anasının sığortalanması ilə bağlı sənəd gətirməmişdir.Kredit borcunu ödəməyə imkanı yoxdur, özü işləmir, həyat yoldaşı xərçəng xəstəsliyindən əziyyət çəkir. Eyni zamanda o, məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və və vaxtı barədə İddiaçı "xxxx" Kommersiya Bankı ASCnə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bankın nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 12 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 28 saylı məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" Kommersiya Bankı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 07 il 10 ay 04 gün sonra daxil olmuşdur. İddia müddətinin axımı isə xx.xx.2014-cü il tarixdən başlamaqla xx.xx.2017-ci il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatdığından, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 07 il 10 ay 04 gün sonra daxil olduğundan, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş 30,22 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30,22 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-605/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-605/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver