Məhkəmə qərarları › İş №2(015)-632/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-632/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-632/2023 19.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin qazancının (gəlirinin) müəyyən hissəsinə yönəldilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Ağstafa Rayon Məhkəməsinin 2(015)-112/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, 04 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının qeyrimüntəzəm və dəyişən olmasını nəzərə alaraq, alimentin məbləğinin artıraraq bir uşağın saxlanması üçün 220 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin yarısının yəni 25 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Bundan sonra – xx.xx.2023-cı il tarixində Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək “alimentin qazancın (gəlirin) müəyyən hissəsinə yönəldilməsi tələbinə dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı bildirdi ki, o, xx.xx.2010-cu il tarixdə iş üzrə Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Nikahlarını Ağstafa rayon Xətai KİN-də 22 aprel 2011-ci il taridxə 15 nömrə ilə rəsmiləşdirmişlər. Faktiki nikahlarından 04 sentyabr 2011-ci il tarixində X4 adlı bir nəfər uşağı anadan olmuşdur. Uşaq hal-hazırda onun himayəsindədir. Cavabdehlə aralarında baş verən ziddiyətlər ailəsinin dayaqlarını sarsıtmış və bu səbəbdən də Ağstafa Rayon Məhkəməsinin 2(015)-112/2015-ci il saylı 12 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarından olan nikah pozulmuş və birgə hikah dövründə dünyaya gələn X1 üçün hər ay 50 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC-də işləməklə əmək haqq alır. Bundan başqa ev təmiri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc alir. Lakin cavabdeh əldə etdiyi qazancdan ödəddiyi 50 manat alimentdən başqa birmanat ailəsinə xərcləmir. Hazırda o uşağı ilə birlikdə qardaşına məxsus yaşayış evində yaşayır və 3 dərəcəli əlil olmaqla anadangəlmə sağ bud çanağın çıxdığı diaqnozu ilə qeydiyyata alınmışdır. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur.Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona çətindir. Ona görə də Ağstafa Rayon Məhkəməsinin 2(015)- 112/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, 04 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq bir uşağın saxlanması üçün 220 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin yarısının yəni 25 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, İddiaçı ona qarşı tələbinin əsassız olması səbəbindən rədd edilməsi və onun qazancından və digər gəlirinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfl və obyektiv araşdırılmasına əsasəlanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyul 2012-ci il tarixli 621 nömrəli doğum haqqında arayışdan görünür ki, X4 04 sentyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 02 may 2023-cü il tarixli 217 saylı arayışdan görünür ki, Omarova X2 şəhəri Ş.Qurbanov küçəsi ev 24 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-112/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı nikahları pozulmuş, 04 sentyabr 2011-ci il tarixdə anadan X3 anası İddiaçı yanında qalması qət edilmiş və 10 dekabr 2014-cü il tarixdən başlayaraq 04 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadık saxlanılması üçün hər ay 50 manat sabit pul məbləgində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 2010-cu ildə qeyri rəsmi nikaha nikaha daxil olaraq ailə qurmuş, nikahlarını 04 sentyar 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahdan 04 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan aralarındakı münasibət pozulduğundan faktiki olaraq ayrılmışlar və Ağstafa Rayon Məhkəməsinin 2(015)-112/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı nikahları pozulmuş 04 sentyabr 2011-ci il tarixdə anadan X3 anası İddiaçı yanında qalması qət edilmiş və 10 dekabr 2014-cü il tarixdən başlayaraq 04 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləgində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutulur. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən “DOST İş Mərkəzi”ndə sosial işçi işləyir və aylıq vəzifə maaşı 345 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi hallar nəzərə alınır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə isə Cavabdeh rəsmi iş yeri vardır, lakin ondan qazancın ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Bu səbəbdən Cavabdeh həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) yarısı miqdarında aliment tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin olunaraq, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(015)-112/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında və bundan əlavə hər ay 35 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısının cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X5” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X5” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X5 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 1455 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 34,55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddialar qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(015)-112/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentinin məbləği dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında və bundan əlavə hər ay 35 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 34,55 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İlk və qarşılıqlı iddialar qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar