Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-634/2024 18.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh 12.170,00 (on iki min yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Qazax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Ağstafa şəhəri 20 yanvar küçəsində yaşayan Cavabdeh etibarından sui istifadə edərək 750 əyyarlı 108 qr qızıl-zinət əşyaları almışdır. Cavabdeh 1,5 qr qızılın pulunu versə də, bu günə kimi dəyəri ümumilikdə 12.170 manat olan borcunu ödəmək istəmir. Dəfələrlə özü ilə əlaqə saxlanılsa da lakin, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də cavabdeh barəsində polis şöbəsinə şikayət vermiş, izahatı alınaraq yalnız 3.000,00 manat məbləğində borcu qaldığını bildirmişdir. Amma bu yalandır. Məhkəmə qaydası olmadan mübahisənin həlli mümkün deyil. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Ərizə göndərərək Bakı şəhərinə getməli olduğu üçün iştirakı olmadan iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçıdan dəyəri 5.000,00 manat məbləğindən bir az artıq, qramı 15 manatdan olmaqla qızıl-zinət əşyaları almışdır. Borcdan ödənişlər etmiş, 3.000,00 manat məbləğində borcu qalmışdır. İddiaçının tələb etdiyi məbləğ şişirdilmiş məbləğdi. Tələb etdiyi məbləğdə borcu ödəməyə imkanı yoxdur. Hal-hazırda işləmir, heç bir gəliri yoxdur. Cavabdeh tərəfindən imzalanmış, sənəddə qeyd edilmişdir ki: “Cavabdeh (dəftərxana) 20 yanvar küçəsində yaşayır. 108 qr qızıl (750 əyyarlı), 1,5 qram verib = 106.5 qram qalıb. Cəmi 12.170,00 (on iki min yüz yetmiş) manat ”. 12.170,00 (on iki min yüz yetmiş) manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdehin özü məhkəmə iclasında həmin sənəddə qeyd olunan imzanın ona aid olduğunu bildirsə də, 12.170,00 (on iki min yüz yetmiş) manat məbləğində pulu iddiaçıya qaytarması barədə Məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin mülki işdə cavabdehin 12.170,00 (on iki min yüz yetmiş) manat məbləğində öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,00 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.170,00 (on iki min yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-634/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-634/2024
18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver