Məhkəmə qərarları › İş №2(015)-638/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-638/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-638/2023 06.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakalar əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki qanunvericiliyin qeyd edilən normaları iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, İddiaçı tələbində göstərdiyi “alimentin azaldılması və uşaqla ünsiyyət hüququnun verilməsi” tələbləri bir-biri ilə əlaqədar olmayan tələblər olduğundan və həmin tələblərə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası MPM-də ayrı-ayrı prosessual müddətlər nəzərdə tutulduğundan hazırkı iddia ərizəsi icraata qəbul edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar